Klub prezidenti: "Liqanın qalan matçlarını "Pleysteşn"də oynayıb bitirək"

Klub prezidenti: "Liqanın qalan matçlarını "Pleysteşn"də oynayıb bitirək"
İDMAN
15:26 21.05.2020
1274
Təbrizin "Traktor" klubunun prezidenti Mir Məsum Zöhrabi maraqlı açıqlama verib.

AzxeberSport xəbər verir ki, Cənubi Azərbaycan klubunun prezidenti liqanın başa çatdırılması üçün maraqlı təklif irəli sürüb. O, koronavirusun yaratdığı çətinlikləri nəzərə alaraq liqaların dayandırılmasının insanların futbola olan həvəsini azaltdığını düşündüyünü qeyd edərək deyib:

"Futbol Federasiyaları artıq qərar verməlidir. Futbol insanları bu çətin günlərdə yaddan çıxmamalıdır. Təklif edirəm ki İran Premyer Liqasının klubları hər biri bir nümayəndə göndərsin və "Pleysteşn"da oynayaraq liqaları bitirək"

Liqaların başlamasının klublara və milli komandaya zərər verəcəyini deyən Zöhrani əlavə edib:

"Ölkəmizdə futbolun başlamasının mümkün olmadığını hamımız bilirik. İndi liqanı bərpa etsək, matçlar tamaşaçısız oynanılacaq və həyəcanlı olmayacaq. Ayrıca sağlamlıq vəziyyətinin tam təmin edilmədiyi mühitdə klublar və milli komandalara zərər veriləcək."
OXŞAR XƏBƏRLƏR