Təmir zamanı yük maşınının təkəri partladı - Usta xəsarət aldı

Təmir zamanı yük maşınının təkəri partladı - Usta xəsarət aldı
SOSİAL
23:55 16.08.2026
208
İmişli rayonunda şin partlayışı zamanı usta xəsarət alıb.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Məzrəli kəndində baş verib.

Qoşqulu yük maşınının şininin təmiri zamanı qəfil partlayış baş verib. Nəticədə təmir işlərini aparan usta xəsarət alıb.

Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR