Tərlan Əhmədov: "Qarşılaşmanın sonlarında penalti verilməli idi"

Tərlan Əhmədov: "Qarşılaşmanın sonlarında penalti verilməli idi"
İDMAN
17:57 20.12.2022
386
"Qarşılaşmanın sonlarında penalti verilməli idi".

Bunu "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov səfərdə "Turan Tovuz"la 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis görüşün sonlarında həmin epizoda dəfələrlə baxdıqlarını bildirib: "Hakim onu necə verməyə bilər? Bu, hələ də sual doğrurur. Artıq hər şey keçmişdə qalıb, kubok bizim üçün bitmiş sayılır. "Zirə" ilə çempionat oyununa hazırlaşmalıyıq. Yaxşı oynadıqları üçün futbolçularıma təşəkkür edirəm".

Əhmədov maraqlı oyun izlədiklərini sözlərinə əlavə edib: "İlk görüşdə 1:2 hesabı ilə uduzmuşduq. İstər-istəməz komandada bir az təzyiq var idi. İlk dəqiqələrdə həyacan, inamsızlıq hiss edilirdi. Qarşılaşmanın əvvəlində iki top buraxsaq da, geridönüş edə bildik. Hətta qalib də gələ bilərdik. Hər iki komanda gələcəyə ümid verir".

Təcrübəli baş məşqçi müdafiə futbolu oynatmağı xoşlamadığını vurğulayıb: "Fəlsəfəmi dəyişəsi deyiləm. Bu gün də eyni üslubda meydana çıxdıq. Komanda rəqibə və azarkeşlərə həyəcan yaşatmalıdır. Həmişə oyunçulardan bunu istəmişəm”.

Mütəxəssis qış transfer dönəmində bir neçə futbolçu ilə vidalaşacaqlarını deyib: "Siyahını rəhbərliyə təqdim etmişəm. Heyət gəncləşdirilməli və yeni nəfəs gəlməlidir. U-21 millisindən və akademiyamızdan oyunçular cəlb etmək niyyətindəyik. Yerli və əcnəbilərlə danışıqlarımız davam edir”.
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan: TRIPP-in icrasına başlamaq üçün gündəlik işləyirik
13:18 06.10.2026
Paşinyan: TRIPP-in icrasına başlamaq üçün gündəlik işləyirik
Eldəniz Əmirov: Aqrar qanunun nəticəsi onun tətbiqindən asılı olacaq
13:12 06.10.2026
Eldəniz Əmirov: Aqrar qanunun nəticəsi onun tətbiqindən asılı olacaq
Təcili Yardım Mərkəzinə yeni direktor təyin edildi
13:02 06.10.2026
Təcili Yardım Mərkəzinə yeni direktor təyin edildi
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
12:41 06.10.2026
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTOLAR
12:37 06.10.2026
Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTOLAR
Havalar soyudu, küçə ticarəti dəyişdi – İndi ən çox bunlar satılır
12:33 06.10.2026
Havalar soyudu, küçə ticarəti dəyişdi – İndi ən çox bunlar satılır
Yağışlı havalarda sürücülər nələrə diqqət etməlidir? - Ekspertdən vacib tövsiyələr
12:19 06.10.2026
Yağışlı havalarda sürücülər nələrə diqqət etməlidir? - Ekspertdən vacib tövsiyələr
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb
12:14 06.10.2026
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb
Duracaq və qarajlarla bağlı - Dəyişiklik
11:57 06.10.2026
Duracaq və qarajlarla bağlı - Dəyişiklik
İstanbulda məktəbdə insident: 8 şagird yaralandı
11:56 06.10.2026
İstanbulda məktəbdə insident: 8 şagird yaralandı
Qubada 19 kiloqram narkotik vasitə aşkarlandı
11:53 06.10.2026
Qubada 19 kiloqram narkotik vasitə aşkarlandı
ADNSU müəllimlərinə yüksək məbləğdə mükafat verildi
11:43 06.10.2026
ADNSU müəllimlərinə yüksək məbləğdə mükafat verildi
Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi - VİDEO
11:38 06.10.2026
Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi - VİDEO
Yağış yağanda şəhəri kanalizasiya qoxusu bürüyür – Səbəbi nədir?
11:25 06.10.2026
Yağış yağanda şəhəri kanalizasiya qoxusu bürüyür – Səbəbi nədir?
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
11:18 06.10.2026
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
VIII Qurultay Azərbaycanın yeni inkişaf mərhələsinin prioritetlərini müəyyənləşdirdi
11:09 06.10.2026
VIII Qurultay Azərbaycanın yeni inkişaf mərhələsinin prioritetlərini müəyyənləşdirdi