Tovuzda ilk dəfə keçirilən voleybol üzrə Çempionlar Liqasının qarşılaşması Azərbaycan təmsilçisi "Turan”ın qələbəsi ilə başa çatıb.
AZXEBER.COM xəbər verir ki, "Turan” Voleybol Klubu Xorvatiyanın "Mladost-Zaqreb” komandası ilə üz-üzə gəlib.
Tovuz təmsilçisi qarşılaşmanın ilk setində rəqibini 25:20 hesabı ilə məğlub edib. İkinci setdə də üstünlüyünü davam etdirən "Turan” 25:16 hesabı ilə qalib gəlib.
Üçüncü setdə də uğurlu çıxış edən Azərbaycan çempionu rəqibini 25: 16 hesabı ilə üstələyib.
Beləliklə, "Turan” qarşılaşmadan 3:0 hesablı qələbə ilə ayrılıb.











































