'Univision'un qalibi hansı universitet oldu? - FOTOLAR

GƏNCLİK
12:10 18.05.2012
3143
Azərbaycanda ilk dəfə olaraq tələbələr arasında “Birinci ol” devizi altında keçirilən “Univision” mahnı müsabiqəsi sona çatdı. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın AZXEBER.COM-a verdiyi məlumata görə, yarışın yarımfinal mərhələsi 15 may tarixində gerçəkləşib və burada müsabiqənin ilk dəfə keçirildiyini nəzər alan münsiflər heyəti finala 10 deyil, 13 universitetin vəsiqə qazanmasına qərar vermişdi. Beləliklə, 17 may tarixində gerçəkləşən final mərhələsi də öz möhtəşəmliyi və tələbələrin fəal iştirakı, iştirakçıları coşğun dəstəyi ilə yadda qaldı. Yarışın final mərhələsində gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Qulu Novruzov, Milli Məclisin deputatı Hadı Rəcəbli və digər rəsmilər iştirak edirdilər. Hər bir iştirakçının ifasından öncə onun yarımfinalda çıxışını əks etdirən bir neçə saniyəlik çarx nümayiş olundu. Daha sonra öz universitetinə səs verməmək şərti ilə ilk gündən yarışmaya qatılmış 21 universitet digər universitetlərə səs verməyə başladı. Beləliklə, universitetlər bir birinə 1-dən 7-ə qədər və eyni zamanda 8, 10, 12 bal verə bilərdilər. Səs vermə nəticəsində 197 xal toplayan Bakı Musiqi Akademiyası yarışın qalibi elan edildi. Yarışın qalibinə “Univision” layihəsinin xüsusi kuboku və 3000 AZN təqdim edildi. Bununla yanaşı qalib şəxs (ifaçı və ya qrup) ATGTİ-nin fəaliyyətinə geniş şəkildə cəlb ediləcək və təşkilatın müəyyən layihələrinin siması olacaq. Tədbirdə gəncləri təbrik edən gənclər və idman naziri Azad Rəhimov layihənin çox möhtəşəm olduğunu qeyd etdi. Azad Rəhimov: “Bu həqiqətən çox möhtəşəm bir yarış oldu. “Univision” mahnı müsabiqəsi bir daha sübut etdi ki, Azərbaycanda sözün əsl mənasında çox istedadlı və bacarıqlı gənclər var. Əminəm ki, bu gün çıxış edən gənclərin hər biri gələcəkdə “Eurovsion” mahnı müsabiqəsində Azərbaycanı layiqincə təmsil edə bilər. ” Növbəti illərdə yarışmanın MDB məkanına çıxarılması nəzərdə tutulub. Bunula yanaşı Avropa Universitetlərinin də “Univision” tələbə mahnı müsabiqəsinə qoşulması istiqamətində müəyyən işlər aparılır. Tədbirin sonunda, ilk dəfə olaraq tamaşaçılara ATGTİ-nin himni təqdim olundu.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident sərəncam imzaladı
17:27 16.10.2026
Prezident sərəncam imzaladı
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
17:16 16.10.2026
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
17:12 16.10.2026
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
16:57 16.10.2026
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
16:46 16.10.2026
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
16:37 16.10.2026
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
16:34 16.10.2026
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
16:11 16.10.2026
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
16:11 16.10.2026
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
15:54 16.10.2026
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
15:31 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
Bakının bu rayonunda 30 bina söküləcək
15:26 16.10.2026
Bakının bu rayonunda 30 bina söküləcək
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
15:11 16.10.2026
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
15:08 16.10.2026
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
15:07 16.10.2026
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
14:52 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər