"Leonardo Art School” və "MiniBoss Business School” 8-13 yaş arası uşaqlar «Kreativ sahibkar — yaradıcılıqdan biznesə» birgə təhsil proqramının başladığını elan etdilər.
Kreativ sahibkar — uşaqların yaradıcılıq və biznes sahəsində ilkin bacarıqlarını birləşdirmək, komanda işi bacarıqlarını inkişaf etdirmək və öz ideyalarını həyata keçirmək istiqamətində ilk addımlarını atmaq üçün bir fürsətdir.
İştirakçılar 4–5 nəfərdən ibarıət komandalar formalaşdıracaq və 90 akademik saatı əhatə edən kurs keçəcəklər.
İştirakçılar öz layihələrini Startap Forumunda təqdim edə, MiniBoss Milli Çempionatında iştirak edərək, startapın sonrakı inkişafı üçün qrant uğrunda mübarizə apara biləcəklər.
Proqram çərçivəsində iştirakçılar iki mərhələdən keçəcəklər.
Yaradıcılıq laboratoriyası— ideyaların axtarışı, məhsulların yaradılması, loqotip hazırlanması və brend üslubunun formalaşdırılması.
Biznes laboratoriyası — sahibkarlığın əsasları, hədəf auditoriya, qiymətin müəyyən edilməsi, biznes modelləri, marketinq və satışın öyrənilməsi.
Gənc iştirakçılar yaradıcı ideyaları real məhsullara çevirə, öz startaplarını Startap Forumunda təqdim edə və layihələrinin sonrakı inkişafı üçün qrant uğrunda mübarizə apara biləcəklər. Sonda iştirakçılar proqramda iştirakını təsdiq edən adlı sertifikatlar alacaqlar.
Proqramın əsas məqsədi — uşaqlara yaradıcı ideyaları real məhsullara çevirməyi, öz brendlərini yaratmağı və biznes layihələr hazırlamağı öyrətməkdir.
Qeyd edək ki, MiniBoss Business School dünyanın 27 ölkəsində 70-dən çox filialı birləşdirən beynəlxalq təhsil şəbəkəsidir. Məktəbin metodologiyası 6–17 yaş arası uşaqların sahibkarlıq potensialının üzə çıxarılmasına, liderlik keyfiyyətlərinin inkişafına və biznes təfəkkürünün formalaşmasına yönəlmişdir.
Hər il MiniBoss tələbələri öz layihələrini Startap Forumunda təqdim edir, həmçinin milli və beynəlxalq çempionatlarda iştirak edərək dəyərli təcrübə və yeni biliklər qazanırlar. Proqram çərçivəsində şagirdlər təkcə biznes ideyalar hazırlamır, həm də onların reallaşdırılması üçün qrantlar alır, layihələri real biznes təşəbbüslərinə çevirir və ilk gəlirlərini əldə edirlər. Bu yanaşma uşaqlara sahibkarlığın praktik əsaslarını, maliyyə məsuliyyətini mənimsəməyə və gələcək biznes fəaliyyəti üçün təməl qoymağa kömək edir.
Leonardo Art School — təkcə bədii qabiliyyətlərin deyil, həm də kreativ təfəkkürün, təxəyyülün və yeni yaratmaq bacarığının inkişafına yönəlmiş müasir rəssamlıq məktəblərinin beynəlxalq şəbəkəsidir. Məktəbin unikal metodikası və müəllif proqramı ilə uşaqlar və böyüklər rəsm çəkməyi, yaratmağı və obrazlı təfəkkürü inkişaf etdirməyi öyrənirlər.
Qeydiyyat və əlavə məlumat üçün:
• Telefon: +994 10 226 56 65
• Ünvan: Ağ Şəhər, 2-ci Yaşıl Ada küçəsi, Təməl Park











































