Uşaqları virtual təhlükədən necə qorumaq olar? - VİDEO

Uşaqları virtual təhlükədən necə qorumaq olar? - VİDEO
SOSİAL
22:35 10.06.2026
172
Son illərdə uşaqların sosial şəbəkələrdən istifadəsi mühüm inkişaf imkanları yaratmaqla yanaşı  onların sağlam informasiya mühitində inkişafına kölgə salıb.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə İnzibati Xətalar Məcəlləsində "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsində məlumat verilib. Qeyd olunub ki, sosial şəbəkələrin auditoriyası gündən günə genişlənir. Lakin auditoriya əhatəliliyi öz növbəsində yetkinlik  yaşına çatmayan şəxslər, uşaqlar üçün təhlükəli ola bilər.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Fərid Pərdəşünas deyir ki, sosial şəbəkələr reyting göstəricilərinə əsasən alqoritmləşir. Bu da öz növbəsində uşaqları virtual təhlükə ilə üz üzə qoyur.

Mətbuat Şurasının idarəetmə heyətinin üzvü Müşfiq Ələsgərli deyir ki, sosial şəbəkələrdən asılılığın çox ciddi neqativ nəticələri ola bilər. Bu nəticələrini aradan qaldırmaq yalnız müvafiq hüquqi normalarla mümkündür. Artıq, sosial şəbəkələrdə yaşın yoxlanılması bank kartı, elektron poçt və mobil nömrə məlumatlarının çarpaz yoxlanılması əsasında həyata keçiriləcək.

O həmçinin qeyd edib ki, sosial şəbəkələrin yalnış neqativ təsirlərdən qorunması məqsədilə qanuna edilən müvafiq dəyişikliklər sosial şəbəkə provayderləri üçün də məsuliyyət yaradacaq.

OXŞAR XƏBƏRLƏR