“Valideynin universitetdə nə işi var? Evlənəndə də yanında olacaqlar?" - Deputat əsəbiləşdi

“Valideynin universitetdə nə işi var? Evlənəndə də yanında olacaqlar?" - Deputat əsəbiləşdi
SOSİAL
14:11 29.09.2021
3878
Xəbər verdiyimiz kimi, bu gün yuxarı sinif şagirdləri və tələbələr üçün əyani tədris bərpa olunub. Amma əyani dərslərin başlaması bir sıra problemlərə də yol açıb. Belə ki, universitet girişlərində tələbələrdən vaksin pasportunun tək-tək yoxlanılması ciddi sıxlıqlara səbəb olub. Hətta bəzi tələbələrin öz valideynləri ilə birlikdə gəlməsi problemi daha da ciddiləşdirib.

Səhər saatlarından bu cür sıxlıqlar bir neçə universitetin qarşısında müşahidə olunub.
 
Milli Məclisin deputatı Aqil Abbas AZXEBER.COM-a açıqlamasında məsələyə münasibətini bildirib. Deputat valideynlərin universitetə gəlməsini narazılıqla qarşılayıb:

"Valideynin universitetdə nə işi var? Mən də kənddən gəlmiş bir uşaq olmuşam, özü də həmin vaxt atam da, anam da Bakıda idi. Amma onlar mənimlə getmədilər, heç universitetimin harada olduğunu da bilmədilər, atam oranı bitirmişdi, anam heç ölənə qədər universitetimin yerini bilmədi. Çünki mən oturdum taksiyə, Bakı Dövlət Universitetinə gəldim, sənədlərimi verib qayıtdım. Sonra da gəlib imtahanımı verdim, məni çöldə qarşılayan da olmadı. Mən Yusif İldırımzadə ilə bir qəbul olmuşdum, onun da arxasınca gələn yox idi. O da özü gəlmişdi. Yəni valideyn oraya nəyə gəlir? Valideyn universitetə girib? Olmaz axı, valideynsən, otur evində, qoy özü getsin. Uşaq deyil ki, 18 yaşlı tələbədir. Onun evlənmək hüququ var. Evlənəndə də anası, atası yanında olacaq? İndi ola bilər ki, bəzən qızların valideynləri narahat ola bilər, amma oğlan uşağının valideyni nəyə gəlir? Belə olmaz, valideynlər diqqətli olmalıdırlar”.
 

Deputat yaranan sıxlıqların qarşısının alınması üçün də təkliflərini verib:

"Bu yoxlanış xəstəliyin qarşısını almaq üçündür, yəni profilaktik tədbirdir, bu, olmalıdır. Hamı gəlib girsə, xəstəlik də yayılsa, bu, daha pis olar. Bir xəstə adamın oraya daxil olması yüzlərlə adamın yoluxmasına səbəb ola bilər. Amma bunun alternativ yolu tapılmalıdır. Universitetə tələbələrin bir neçə yerdən daxil olması mümkündür. Hər universitetin bir neçə qapısı var. Vaksin pasportu olanların telefonlarında da var. Orada açıb yoxlamaq olar. Məsələn mən getmişdim iynə vurdumağa, baxdılar, keç dedilər. Yoxlayan adamlara siyahılar verilməlidir. Bu yollarla asanlaşdırmaq olar, amma bu yoxlanış olmalıdır”.

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
11:32 26.02.2026
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
11:20 26.02.2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
11:11 26.02.2026
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
11:06 26.02.2026
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
11:04 26.02.2026
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
Alyona Əliyeva paylaşım etdi
10:58 26.02.2026
Alyona Əliyeva paylaşım etdi
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
10:46 26.02.2026
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
10:23 26.02.2026
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
10:13 26.02.2026
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
09:59 26.02.2026
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
09:57 26.02.2026
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
09:54 26.02.2026
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
09:51 26.02.2026
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
09:49 26.02.2026
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
09:39 26.02.2026
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım
09:36 26.02.2026
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım