“Volkswagen”dən şok qərar: 660 min işçinin maaşı artırılmayacaq

“Volkswagen”dən şok qərar: 660 min işçinin maaşı artırılmayacaq
MARAQLI
14:57 19.10.2026
253
"Volkswagen” 2030-cu ilədək maaşları dondurmağı planlaşdırır.

AZXEBER.COM xəbər verir ki, Almaniyanın avtomobil istehsalçısı "Volkswagen” dünya üzrə 660 mindən çox əməkdaşının maaşlarını 2030-cu ilədək artırmamağı planlaşdırır.

Almaniyanın ən böyük həmkarlar ittifaqı IG Metall bildirib ki, bu qərar işçilərin alıcılıq qabiliyyətinin ən azı 10 faiz azalmasına səbəb ola bilər. İttifaq plana qarşı sərt müqavimət göstərəcəyini açıqlayıb.

Qeyd edək ki, şirkət qarşıdakı illərdə dünya üzrə əlavə 50 min iş yerini ixtisar etməyi də hədəfləyir. Yeni kollektiv əmək müqaviləsi üzrə danışıqların noyabrın sonunda başlaması gözlənilir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR