Xalq artisti əməliyyat edildi

Xalq artisti əməliyyat edildi
MƏDƏNİYYƏT
11:14 07.10.2026
168
Xalq artisti, diktor Ofeliya Sənani Azərbaycan Tibb Universitetinin Tədris Cərahiyyə Klinikasında əməliyyat olunub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Teleqraf-a Xalq artistinin qızı Lalə Sənan məlumat verib.

"Hazırda səhhəti normaldır", - deyə L.Sənan əlavə edib.

Qeyd edək ki, Ofeliya Sənani oktyabrın 5-də əvvəlcə Kliniki Tibbi Mərkəzə yerləşdirilib, həmin gün saat 21 radələrində isə ailəsinin yazılı iltizamnaməsi əsasında digər tibb müəssisəsinə təxliyə olunub.
OXŞAR XƏBƏRLƏR