XİN xarici vətəndaşlara xəbərdarlıq etdi

XİN xarici vətəndaşlara xəbərdarlıq etdi
SİYASƏT
11:17 25.03.2015
1410
“Azərbaycan bu məsələdə çox praqmatik və açıq fikirlidir”.
Peşəkar fəaliyyətlərini həyata keçirmək üçün Azərbaycanın işğal edilmiş ərazilərinə baş çəkmək istəyən tədqiqatçılar, alimlər və jurnalistlər bunu qanun çərçivəsində etməlidirlər.
AZXEBER.COM-un Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “This week in focus” verilişində deyib. Onun sözlərinə əsasən, Azərbaycan bu məsələdə çox praqmatik və açıq fikirlidir və Dağlıq Qarabağ münaqişəsini araşdıran və ya işıqlandıran şəxslərə qanun çərçivəsində praktiki həll təklif edir.
H.Hacıyev qeyd edib ki, peşəkar fəaliyyəti həyata keçirmək məqsədilə Azərbaycanın işğal edilmiş ərazilərinə baş çəkmək üçün əcnəbilər Azərbaycan XİN-ə ərizə göndərməlidirlər: “ABŞ-ın “The New York Times” qəzetinin nümayəndələri bu yaxınlarda Dağlıq Qarabağa səfər etmək üçün belə ərizə təqdim etmişdilər. Onlar Ermənistan-Azərbaycan münaqişəsi və hər iki tərəfdəki vəziyyətlə bağlı reportaj hazırlamağı planlaşdırırdılar. Jurnalistlər XİN-ə müracitələrində qeyd etmişdilər ki, Azərbaycanın qanunlarına və normativ aktlarına, eləcə də ölkənin ərazi bütövlüyünə hörmət edirlər. Nəticədə qəzet nümayəndələri işğal edilmiş ərazilərə qanuni icazə aldılar və Azərbaycanın digər regionlarında işləyən jurnalistlərə verilən akkreditasiya kartları əldə etdilər. Çünki Dağlıq Qarabağ Ermənistanın işğalı altında olsa da, Azərbaycan ərazisidir. Bundan başqa, Böyük Britaniyadan olan araşdırmaçılar qanun çərçivəsində Azərbaycan XİN-dən icazə aldılar və Dağlıq Qarabağa baş çəkdilər”.
O əlavə edib ki, daha əvvəl xarici jurnalistlər Azərbaycanın işğal edilmiş ərazilərinə baş çəkmək üçün zəruri prosedurlar barədə məlumatlı deyildilər: “Buna görə də bu məsələdə əcnəbilərin məlumatlılığını artırmaq olduqca vacibdir və XİN bunun üzərində fəal işləyir”.
H.Hacıyev bildirib ki, Ermənistanın Dağlıq Qarabağa əcnəbilərin cəlb edilməsi hesabına pul əldə etmələri barədə bəyanatı gülməlidir: “Bu regiona qanunsuz səfər edən insanların böyük əksəriyyəti Ermənistan vətəndaşlarıdır. İkinci qrup digər ölkələrin erməni diasporasının üzvləridirlər. Digərləri isə aldadılaraq Ermənistanın regionlarından birinə aparılanlardır. Onlar da bilmirdilər ki, Azərbaycanın işğal edilmiş ərazilərindədirlər. Bu qrupdan olan bir çox insanlar bizə müraciət edir. Onlar vəziyyəti başa düşürlər və Azərbaycanın ərazi bütövlüyünə dəstək verirlər. Onlar Azərbaycanın qanunlarına hörmət edirlər və istəyirlər ki, respublikaya səfər etmək üçün arzu edilməyən şəxslər siyahısından çıxarılsınlar. Ermənistanın təbliğatına və informasiya kampaniyasına baxmayaraq, Azərbaycanın işğal edilmiş ərazilərinə baş çəkənlərin sayı azalır. Bunu statistik məlumatlar təsdiq edir. Məsələn, 2014-cü ildə Dağlıq Qarabağa qanunsuz səfər edən şəxslərin siyahısı 60-70 nəfər azalıb”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dərədə köməksiz qaldı - FHN xilas etdi
14:12 02.08.2026
Dərədə köməksiz qaldı - FHN xilas etdi
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
14:03 02.08.2026
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
Şəkidə elektrik cəryanının vurduğu kişi yanaraq ölüb
13:50 02.08.2026
Şəkidə elektrik cəryanının vurduğu kişi yanaraq ölüb
Mərakeşdən İspaniyaya keçmək istəyərkən ölən miqrantların sayı 90-a çatıb
13:42 02.08.2026
Mərakeşdən İspaniyaya keçmək istəyərkən ölən miqrantların sayı 90-a çatıb
Gəncədə 3 mərtəbəli evdə yanğın oldu - Fotolar
13:37 02.08.2026
Gəncədə 3 mərtəbəli evdə yanğın oldu - Fotolar
Moskvada restoranda partlayış - Hədəf Baş Komandan olub
13:20 02.08.2026
Moskvada restoranda partlayış - Hədəf Baş Komandan olub
"Nəriman Həsənzadə Fəxri xiyabanda uyumağa layiq şəxsiyyət idi" - Qəzənfər Paşayev
13:09 02.08.2026
"Nəriman Həsənzadə Fəxri xiyabanda uyumağa layiq şəxsiyyət idi" - Qəzənfər Paşayev
Sabah hava necə olacaq?
12:55 02.08.2026
Sabah hava necə olacaq?
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
12:48 02.08.2026
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
Nəriman Həsənzadə dəfn olundu -  VIDEO - FOTOLAR
12:34 02.08.2026
Nəriman Həsənzadə dəfn olundu - VIDEO - FOTOLAR
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
12:30 02.08.2026
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu - VIDEO
12:24 02.08.2026
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu - VIDEO
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid - VIDEO
12:16 02.08.2026
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid - VIDEO
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
12:07 02.08.2026
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
12:04 02.08.2026
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
12:00 02.08.2026
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO