YAP-çı deputat AXCP və Müsavata səsləndi: Könüllü şəkildə siyasi fəaliyyətinizə xitam verin

YAP-çı deputat AXCP və Müsavata səsləndi: Könüllü şəkildə siyasi fəaliyyətinizə xitam verin
SİYASƏT
13:46 01.11.2025
1659
Azərbaycanın siyasi gündəmində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavat partiyalarının fəaliyyəti ilə bağlı məsələlər yenidən diqqət mərkəzinə çıxıb. Ekspertlər bildirirlər ki, hazırkı beynəlxalq gərginlik fonunda "5-ci kolon” adlandırılan radikal qruplara qarşı bir çox ölkələrdə sərt tədbirlər görülür. Oxşar proseslərin Azərbaycanda da gündəmə gəlməsi, xüsusilə AXCP və Müsavat kimi partiyaların siyasi fəaliyyətinə son qoyulması ilə bağlı çağırışların artmasına səbəb olub.

Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından deputatı Hikmət Babaoğlu AZXEBER.COM-a açıqlamasında deyib ki, AXCP və Müsavat cütlüyü Azərbaycanda radikalizmin, anarxiyanın və dağıdıcılığın simvollarıdır:

"AXCP və Müsavat cütlüyü Azərbaycanda radikalizmin, anarxiyanın və dağıdıcılığın simvollarıdır. Onlar 90-cı illərin əvvəllərində ölkəmizdə siyasi sistemin demokratik əsaslarda formalaşmasına ciddi zərbə vurmuş təşkilatlanmalardır. Hər iki qurumun bu gün, mövcud tarix mərhələsində, Azərbaycanın siyasi sistemində yer almasına zərurət yoxdur. Çünki dövlətçiliyimizin inkişafı, insan hüquqlarının və demokratik dəyərlərin möhkəmlənməsi, siyasi mədəniyyətin tərəqqisi radikalizmi və anarxiyanı rədd edir”.

Parlamentari vurğulayıb ki, AXCP–Müsavat cütlüyü tarixi zəfərimiz zamanı Azərbaycan xalqının sevincinə şərik olmadı:

"AXCP–Müsavat cütlüyü tarixi zəfərimiz zamanı Azərbaycan xalqının sevincinə şərik olmamaqla, ölkəmizin apardığı tarixi mübarizəyə dəstək verməməklə özlərini xalqın ictimai yaddaşından silmiş oldular. Buna görə də onların bu gün siyasi sistemimizdə mövcud olması, həmin sistemə böyük zərbədir. Çünki bu qurumlar siyasi inkişafın qarşısını alaraq sistemin önündə tormozlayıcı funksiyanı yerinə yetirirlər. Yəni, AXCP və Müsavat partiyaları bu gün siyasi sistemimizin inkişafına maneə yaradan qüvvələr kimi çıxış edirlər. Ona görə də mənə elə gəlir ki, ictimai dəstəklərinin  olmadığı şəraitdə, bu partiyaların könüllü şəkildə fəaliyyətlərinə xitam verməsi daha məqsədəuyğun olar”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
15:43 05.11.2026
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
15:38 05.11.2026
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
15:36 05.11.2026
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
"Crescent Mall"da nə baş verib? – Açıqlama
15:20 05.11.2026
"Crescent Mall"da nə baş verib? – Açıqlama
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
15:18 05.11.2026
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
15:11 05.11.2026
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
14:05 05.11.2026
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
14:01 05.11.2026
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
13:46 05.11.2026
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
13:44 05.11.2026
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:40 05.11.2026
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR