Yaponiyada zəlzələ qurbanlarının sayı artdı

Yaponiyada zəlzələ qurbanlarının sayı artdı
DÜNYA
12:21 31.07.2026
102
Yaponiyanın Kumamoto prefekturasında iyulun 28-də baş verən 7,1 bal gücündə zəlzələ nəticəsində həyatını itirənlərin sayı 35-ə çatıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə dövlət televiziyası NHK məlumat yayıb.

Kumamoto Prefektura Administrasiyasının rəsmisi bildirib ki, zəlzələdən sonra sağ qalma və xilasetmə baxımından ən kritik hesab edilən ilk 72 saatlıq müddət yerli vaxtla saat 16:27-də (Bakı vaxtı ilə 10:27) başa çatıb.

Hazırda dam və divarları uçan Aeon Mall ticarət mərkəzi, bacası dağılan Nippon Paper Industries zavodu da daxil olmaqla bütün dağıntı sahələrində axtarış-xilasetmə işləri davam etdirilir.

Dağıntılar altından yaralı çıxarılan 6 nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Təbii fəlakət nəticəsində 80 min ev təsərrüfatına su, 4 min 500 evə isə elektrik verilişi hələ də bərpa olunmayıb.

Hazırda prefektura rəhbərliyinin ayırdığı müvəqqəti sığınacaqlarda 9 mindən çox insan yerləşdirilib.

Yaponiya Səhiyyə Nazirliyinin açıqlamasına görə, zəlzələdən sonra bölgədə yerləşən 53 tibb müəssisəsində su və ya elektrik təchizatında fasilələr davam edir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR