Ziyafət Əsgərov: “Qarşımızda duran əsas məsələlərdən biri Qərbi Azərbaycana qayıdışdır”

Ziyafət Əsgərov: “Qarşımızda duran əsas məsələlərdən biri Qərbi Azərbaycana qayıdışdır”
SİYASƏT
13:41 05.10.2026
322
Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının (YAP) sədri, Prezident İlham Əliyev YAP-ın VIII Qurultayında çıxışı zamanı bildirib ki, Qarabağda və Şərqi Zəngəzurda 96 min insanın yaşayır. Prezident həmçinin qeyd edib ki, bu rəqəmin qısa zamanda 100 mini keçəcəyi gözlənilir.

Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, deputat Ziyafət Əsgərov bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı istiqamətində mühüm işlər görülüb:

"Əvvəl onu deyim ki, möhtərəm cənab Prezident Yeni Azərbaycan Partiyasının 8-ci qurultayında bir çox məsələlərə münasibət bildirdi, xeyli mesajlar verdi. Bizim qarşımızda duran əsas vəzifələrdən biri də, əlbəttə ki, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına, dədə-baba yurdlarına qayıtması məsələsidir.

Bilirsiniz ki, bu istiqamətdə xeyli işlər görülüb və cənab Prezident də qeyd etdi ki, artıq bu günə qədər həmin məsələlər üçün 28 milyard manat pul xərclənib.

Burada, əlbəttə, söhbət həm infrastruktur layihələrindən gedir, evlərin tikilməsi, vətəndaşların işlə təmin olunması, evlə təmin olunması. Bilirsiniz ki, həmin bölgələrdə, Qarabağ və Şərqi Zəngəzurda artıq 3 beynəlxalq hava limanı tikilib, istifadə edilir. Xeyli körpülər, yollar çəkilib.

Demək olar ki, infrastruktur layihələrinin əksəriyyəti başa çatıb və bundan sonra da vətəndaşlarımız öz dədə-baba yurdlarına qayıtdıqca onların sosial-iqtisadi imkanları daha da artacaq. Yəni iş yerlərinin açılmasıdır, yeni istehsal müəssisələrinin qurulmasıdır, sənaye parklarının, kənd təsərrüfatı parklarının açılmasıdır. Bütün bunlar qarşıda duran vəzifələrdir ki, qayıdan vətəndaşlarımız işlə təmin olunsunlar, firavan həyat sürsünlər”.

Ziyafət Əsgərov qeyd edib ki, qarşıda duran məsələlərdən biri də Qərbi Azərbaycana qayıdış məsələsidir:

"Bir bu məsələ deyil, digər bir məsələ də var. O da, hesab edirəm ki, bizim Qərbi Azərbaycana qayıdış məsələmizdir. Bu da qarşımızda duran əsas məsələlərdən biridir və möhtərəm Prezident dəfələrlə qeyd edib ki, biz ora qayıdacağıq, amma tankla, tüfənglə yox, avtomobillə qayıdacağıq. Həqiqətən o yerlər bizim dədə-baba yerlərimizdir, tarixi Azərbaycan torpaqlarıdır. İndi vaxtilə həmin yerlər Ermənistana verilibdir. Biz, əlbəttə ki, heç bir dövlətin torpağına iddiamız yoxdur. Amma xüsusilə gənc nəslimiz bilməlidir ki, həmin torpaqlar qədim Azərbaycan torpaqları olub.

İndi yenə dediyim kimi, müəyyən səbəblərdən vaxtilə həm Çar Rusiyası dövründə, həm Sovet dövründə Ermənistana verilibdir.

Bütün bunlara rəğmən, onu deyə bilərəm ki, o gün uzaq deyil. Biz ora xoş məramla gedəcəyik. Biz ora ata-baba yurdlarımızın, belə deyək də, orada yaşadığımız mühiti bərpa etmək istəyirik.

"İstəyirik ki, cavanlarımız, gənc nəslimiz xüsusilə o tarixi torpaqlarda yaşamaqla əvvəllər bizim insanlarımız, soydaşlarımız orada yaşayanda mövcud olan ənənələri davam etdirsinlər. Bu da bizim qarşımızda duran qayıdışla bağlı məsələdir”, – deyə o vurğulayıb.

Deputat, həmçinin ölkənin hərbi gücünün artırılmasının qarşıda duran əsas vəzifələrdən biri olduğunu bildirib. Onun sözlərinə görə, bu il müdafiə sahəsinə 9 milyard manat vəsait ayrılması nəzərdə tutulur.

Və mən yeri gəlmişkən bir məsələni də deyim, qurulyat zamanı möhtərəm cənab Prezident qeyd etdi ki, bizim qarşımızda duran əsas vəzifələrdən biri də hərbi gücümüzün artırılmasıdır.

Cənab Prezident qeyd etdi, bu il digər əsas vəzifılərimizdən biri hərbi gücümüzün artırılmasına  9 milyard manat ora vəsait ayrılacaq. 9 milyard çox ciddi bir rəqəmdir.

Bu, nə üçündür? Bu, bizə lazımdır. Ona görə yox ki, biz belə istəyirik. Ona görə ki, dünyada proseslərin necə getdiyini hamınız yaxşı bilirsiniz. Qonşularımız da yaxşı bilir, siz də yaxşı bilirsiniz.

Bu gün beynəlxalq hüquq demək olar ki, iflic vəziyyətindədir. Yəni hər kəs, belə demək mümkünsə, özünə güvənməlidir, özünü gücləndirməlidir. Dövlətimizin qüdrəti daha da yüksəlməlidir, bunun üçün, əlbəttə, ordumuz güclü olmalıdır.

Çünki biz 30 il ərzində torpaqlarımız işğal altında olarkən bu işğalın nə olduğunu gördük və bundan sonra, əlbəttə, buna yol verə bilmərik. Möhtərəm cənab Prezidentin dediyi kimi, biz elə etməliyik ki, hərbi gücümüz Ermənistandan 10 dəfə çox olsun. Ən azı 10 dəfə çox olsun. Və bir daha Azərbaycanın torpaqlarına xor gözlə baxmasınlar. Bilsinlər ki, əgər belə bir işə yenə düşəcəklərsə, bunun nəticəsi həddindən artıq acı olacaq.

Ona görə də Ermənistanda olan revanşist qüvvələr, hələ bu məsələni manipulyasiya edirlər, birdəfəlik başa düşməlidirlər ki, bu məsələ artıq qapanıb. Azərbaycanın ərazi bütövlüyü təmin olunub, suverenliyimiz təmin olunub və düşmən torpaqlarımızdan qovulub”, – deyə Ziyafət Əsgərov əlavə edib.
 
Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı
15:01 05.10.2026
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı
“Ölkəmiz Qarabağ qələbəsinin hesabına yeni geosiyasi status əldə edib” – Zahid Oruc
14:55 05.10.2026
“Ölkəmiz Qarabağ qələbəsinin hesabına yeni geosiyasi status əldə edib” – Zahid Oruc
Bu müəllimlərin maaşı artacaq - 2500-3000 manat...
14:50 05.10.2026
Bu müəllimlərin maaşı artacaq - 2500-3000 manat...
Könül Nurullayeva: “Qarşımızda yeni dövlətçilik vəzifələri dayanır”
14:32 05.10.2026
Könül Nurullayeva: “Qarşımızda yeni dövlətçilik vəzifələri dayanır”
AccessBank-ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirildi - FOTOLAR
14:26 05.10.2026
AccessBank-ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirildi - FOTOLAR
“Azərbaycanın təkbaşına mübarizə aparması mühüm siyasi reallıq idi”
14:23 05.10.2026
“Azərbaycanın təkbaşına mübarizə aparması mühüm siyasi reallıq idi”
Bayram günü müəllimlərə hədiyyə alınmalıdır? - Misir Mərdanov danışdı
14:13 05.10.2026
Bayram günü müəllimlərə hədiyyə alınmalıdır? - Misir Mərdanov danışdı
Bakıda 18 yaşlı oğlan məktəbin qarşısında öldürüldü
13:57 05.10.2026
Bakıda 18 yaşlı oğlan məktəbin qarşısında öldürüldü
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
13:44 05.10.2026
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
Ziyafət Əsgərov: “Qarşımızda duran əsas məsələlərdən biri Qərbi Azərbaycana qayıdışdır”
13:41 05.10.2026
Ziyafət Əsgərov: “Qarşımızda duran əsas məsələlərdən biri Qərbi Azərbaycana qayıdışdır”
“Savadlısan, amma bu xəttin başına bəla olacaq” – Deputatların müəllimlərlə bağlı xatirələri
13:19 05.10.2026
“Savadlısan, amma bu xəttin başına bəla olacaq” – Deputatların müəllimlərlə bağlı xatirələri
Sabahın havası ilə bağlı xəbərdarlıq - Leysan olacaq
13:09 05.10.2026
Sabahın havası ilə bağlı xəbərdarlıq - Leysan olacaq
Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək
13:01 05.10.2026
Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək
"Quba Palace Hotel"in Qolf meydançasında yeni simalar – məktəblilər üçün dərslər başladı - FOTOLAR
12:58 05.10.2026
"Quba Palace Hotel"in Qolf meydançasında yeni simalar – məktəblilər üçün dərslər başladı - FOTOLAR
İlham Əliyev Malayziyanın yeni səfirini qəbul etdi - FOTOLAR
12:49 05.10.2026
İlham Əliyev Malayziyanın yeni səfirini qəbul etdi - FOTOLAR
Ramil Usubovun ailəsində - ağır itki
12:46 05.10.2026
Ramil Usubovun ailəsində - ağır itki