Koronavirusdan sağaldıqdan sonra tətilə yollanmaq istəyənlər üçün həkim tövsiyəsi

Koronavirusdan sağaldıqdan sonra tətilə yollanmaq istəyənlər üçün həkim tövsiyəsi
SAĞLAMLIQ
10:49 13.06.2021
855
Koronavirusdan sağalan insanlar uzaq ölkələrə yollanmaqdan çəkinməlidir.

AZXEBER.COM "oxu.az”a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Vladislav Jemçuqov yay mövsümünün gəlişi ilə tətillərin planlaşdırılmasına münasibət bildirərkən tövsiyə verib.

Onun sözlərinə görə, koronavirusa yoluxmuş insanların immunitet sistemi zəiflədiyindən orqanizmləri yalnız yoluxucu və bakterial xəstəliklərə deyil, həm də xərçəngli şişlərin meydana gəlməsinə həssasdır.

"Orqanizmə həddindən artıq stresin qarşısını almaq üçün COVID-19-dan əziyyət çəkənlərə uzun uçuşlardan, saat qurşaqlarını dəyişməkdən və təzyiqdəki ani dəyişikliklərdən imtina etmələri tövsiyə olunur.

Məsələn, Taylanda yollansanız sizi doqquz saat yol, sonra saat qurşağını dəyişməsi gözləyir. Bütün bunlar orqanizm üçün yük, stresdir", - deyə immunoloq xəbərdarlıq edib.

Eyni zamanda, immunoloqa görə, çox şey xəstənin koronavirusdan nə qədər əziyyət çəkdiyindən, postkovid sindromunun olub-olmamasından və bir çox digər amillərdən asılıdır. Buna görə səyahət etməzdən əvvəl həkimlə məsləhətləşməyə dəyər.

"Əgər kiminsə təzyiqi varsa..., yaddaş pozulur və ya başqa bir şey varsa, o zaman heç yerə getməmək yaxşıdır. Ancaq regional, yerli sanatoriyaya yollanmaq, reabilitasiya kursundan keçmək tövsiyə olunur", - deyə Jemçuqov əlavə edib.

Qeyd edək ki, statistikaya görə, 50 yaşdan yuxarı olan bütün xəstələrin yarısı koronovirusu keçirdikdən sonra fəsad riski ilə üzləşir.

Koronavirusla yanaşı xəstəliklər olduqda isə bu göstərici artır. Buna görə yaxşılaşdıqdan sonra azı bir ay ərzində heç yerə getməmək tövsiyə olunur.

Bu, xüsusilə isti iqlimi və yüksək təzyiqi olan bölgələrə aiddir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
18:18 23.09.2026
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Bu gün əfv olunan Martin Ryan ölkəsinə qayıdıb
17:56 23.09.2026
Bu gün əfv olunan Martin Ryan ölkəsinə qayıdıb
İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
17:39 23.09.2026
İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
Dağ-mədən və metallurgiya: Azərbaycanın yeni sənaye mərhələsi
17:28 23.09.2026
Dağ-mədən və metallurgiya: Azərbaycanın yeni sənaye mərhələsi
Məktəbli forması niyə vacibdir?
17:27 23.09.2026
Məktəbli forması niyə vacibdir?
Unibank sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12%-dən başlayır
17:17 23.09.2026
Unibank sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12%-dən başlayır
Prezidentdən “AzerGold”la bağlı - Sərəncam
17:11 23.09.2026
Prezidentdən “AzerGold”la bağlı - Sərəncam
“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” - QMİ
17:05 23.09.2026
“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” - QMİ
“Bir az dadım, görüm xarabdırmı?” –  Evdə hazırlanan qida məhsulları ilə bağlı XƏBƏRDARLIQ
16:35 23.09.2026
“Bir az dadım, görüm xarabdırmı?” – Evdə hazırlanan qida məhsulları ilə bağlı XƏBƏRDARLIQ
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
16:21 23.09.2026
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
16:15 23.09.2026
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama
16:13 23.09.2026
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
16:06 23.09.2026
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
15:58 23.09.2026
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
15:41 23.09.2026
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR
15:31 23.09.2026
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR