A və C vitaminləri koronavirus xəstələrini ağırlaşmadan qoruya bilər

A və C vitaminləri koronavirus xəstələrini ağırlaşmadan qoruya bilər
SAĞLAMLIQ
17:13 27.06.2020
1774
A və C vitaminlərinin koronavirus xəstələrinin ağır kliniki gedişatdan qoruya bilməsi üçün təsirləri açıqlanıb.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı "Report”a açıqlama verən Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bildirib ki, ilkin mərhələdə COVID-19 xəstəliyinin gedişatını qanda olan müvafiq göstəricilərlə öncədən proqnozlaşdıra bilmək imkanları mümkündür:

"Çində aprel ayından etibarən elmi ədəbiyyata daxil edilən tədqiqatın nəticəsinə əsasən, qanda olan 2 fərqli hüceyrə tiplərinin müayinəsi vasitəsi ilə xəstəliyin gedişatını proqnozlaşdırmağın mümkünlüyü məlum olub. Əslində, xəstəliyin gedişatını öncədən proqnozlaşdırmaq üçün bu gün elmə hələ ki bir neçə amil aydındır. Bu istiqamətdə mənim də elmi araşdırmalarım var və həmin araşdırmanı yaxın gələcəkdə elmi ədəbiyyatda dərc edildikdən sonra ictimaiyyətə təqdim edəcəyəm. Çində aparılan daha bir tədqiqatda isə qanda olan 2 fərqli hüceyrələr vasitəsi ilə də xəstəliyin gedişatını öncədən proqnozlaşdırmağın mümkün olduğu göstərilib. Daha dəqiq desək, xəstəliyin yüngül və ya ağır formada keçəcəyi barədə hələ xəstəliyin ilkin mərhələsində fikir söyləməyin mümkün olduğu nəzərə çatdırılıb. Bu hüceyrələrdən biri müvafiq CD8 ilə olan "öldürücü” T hüceyrələridir. Bunlar da viruslu hüceyrələri orqanizmdə öldürürlər və koronavirusun çoxalmasının qarşısını alırlar. Əgər xəstələrin az sayda belə hüceyrələri varsa, onların ağır simptomlar inkişaf etdirmək riskləri böyükdür. Başqa hüceyrə tipi olan neytrofillər isə T hüceyrələrinin funksiyasını aşağı sala bilərlər. Bununla da qanda neytrofilləri çox olan xəstədə az sayda T hüceyrələri tapılır ki, bu da xəstəliyin ağır gedişatına səbəb olur”.

Tibb elmləri doktoru qeyd edib ki, orqanizmdə daha əvvəllər mövcud olan yanaşı xəstəliklər T hüceyrələrini aşağı saldığından insanlar xəstəliyin ağır gedişatından əziyyət çəkirlər: "Buna misal olaraq orqan transplantasiyası, həmçinin xərçəng xəstəliyinə görə müxtəlif kimya terapiya alan xəstələri nümunə kimi göstərmək olar. Bundan başqa, yaşla əlaqədar olaraq, qoca insanlarda və eləcə də artıq çəkidən əziyyət çəkənlərdə də T hüceyrələri kifayət qədər aşağı olur və buna görə də həmin insanlar da ağır gedişli xəstəlik keçirirlər".

N.Abdullayev bildirib ki, qeyd olunan xəstələrdə virusa yoluxmanın ilkin mərhələsində T hüceyrələrini stimulə edərək qanda qaldırmaq xəstəliyin gedişatına köməklik göstərir: "Artıq xüsusi fərqli peyvəndlər vasitəsilə buna nail olmaq istiqamətində tədqiqatlar başlanılıb. Bundan başqa isə vitamin A və C yuxarıda qeyd etdiyim T hüceyrələrinin funksiyasını daha da artırması effekti nəzərə alınaraq istifadə olunur. Burada ən çox müzakirə olunan isə bu vitaminlərin, xüsusən də vitamin C-nin hansı dozada qəbul olunmasıdır. Buna da Çindən olan bir elmi tədqiqat qrupu münasibət bildirərək deyib ki, 300 xəstə üzərində apardıqları kliniki tədqiqata görə yüksək dozalı vitamin C-dən istifadə məsləhət görülür, hətta bu, yüngül simptomlu xəstələrə də tövsiyə olunur. Sonda isə bir daha bildirmək istəyirəm ki, bu elmi tədqiqatın nəticəsinə görə yuxarıda qeyd etdiyim risk qrupuna daxil olan xəstələrə vaxtında ediləcək xüsusi həkim nəzarəti və eləcə də müvafiq müalicələr onları xəstəliyin ağır gedişindən qoruya bilər”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
18:18 23.09.2026
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Bu gün əfv olunan Martin Ryan ölkəsinə qayıdıb
17:56 23.09.2026
Bu gün əfv olunan Martin Ryan ölkəsinə qayıdıb
İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
17:39 23.09.2026
İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
Dağ-mədən və metallurgiya: Azərbaycanın yeni sənaye mərhələsi
17:28 23.09.2026
Dağ-mədən və metallurgiya: Azərbaycanın yeni sənaye mərhələsi
Məktəbli forması niyə vacibdir?
17:27 23.09.2026
Məktəbli forması niyə vacibdir?
Unibank sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12%-dən başlayır
17:17 23.09.2026
Unibank sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12%-dən başlayır
Prezidentdən “AzerGold”la bağlı - Sərəncam
17:11 23.09.2026
Prezidentdən “AzerGold”la bağlı - Sərəncam
“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” - QMİ
17:05 23.09.2026
“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” - QMİ
“Bir az dadım, görüm xarabdırmı?” –  Evdə hazırlanan qida məhsulları ilə bağlı XƏBƏRDARLIQ
16:35 23.09.2026
“Bir az dadım, görüm xarabdırmı?” – Evdə hazırlanan qida məhsulları ilə bağlı XƏBƏRDARLIQ
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
16:21 23.09.2026
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
16:15 23.09.2026
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama
16:13 23.09.2026
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
16:06 23.09.2026
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
15:58 23.09.2026
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
15:41 23.09.2026
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR
15:31 23.09.2026
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR