Azərbaycan idmançıları İrəvanda baş verən təxribata görə Vətənə qaytarılırlar

Azərbaycan idmançıları İrəvanda baş verən təxribata görə Vətənə qaytarılırlar
İDMAN
10:33 15.04.2023
626
Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması ilə bağlı Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yayıblar.

AZXEBER.COM xəbər verir ki, bəyanatda yarışda iştirakdan imtina edildiyi bildirilib.

Buna səbəb kimi, Ermənistanın təhlükəsizliyi təmin etməməsi göstərilib: "Ermənistanda belə bir nifrət mühitinin hökm sürdüyü, təhlükəsizliyin təmin edilmədiyi bir şəraitdə psixoloji təzyiqlərə görə, Azərbaycan idmançılarının yarışlarda normal şəkildə iştirakı mümkünsüzdür. Bütün bunlar nəzərə alınaraq, Azərbaycan idmançılarının Vətənə qayıtması barədə qərar qəbul edilib. Ermənistan onların təhlükəsiz şəkildə qayıtmasını təmin etməlidir”.

Əlavə olunub ki, Ermənistanın baş nazirinin iştirak etdiyi mərasimdə belə bir barbarlıq əməlinin törədilməsi və bunun Ermənistan ictimaiyyəti tərəfindən alqışlanması, həmin əməli törədən şəxsin qəhrəman kimi qələmə verilməsi bu ölkədə etnik nifrətin, rasizmin, ksenofobiyanın, Azərbaycanofobiyanın bariz nümunəsi olmaqla yanaşı, həm də xalqlar arasında sülhü, qarşılıqlı anlaşmanı təbliğ edən idmanın nəcib məqsəd və prinsipləri ilə tam ziddiyyət təşkil edir: "İdmanın siyasiləşdirilməsi qətiyyən yolverilməzdir. Beynəlxalq ictimaiyyəti, beynəlxalq idman təsisatlarını bu barbarlıq əməlini kəskin şəkildə pisləməyə çağırırıq. Biz həm də Avropa Ağır Atletika Federasiyasını Ermənistana qarşı sanksiya tətbiq etməyə çağırırıq”.

Həmçinin o da vurğulanıb ki, baş vermiş bu hadisə Ermənistanın beynəlxalq idman yarışlarını keçirmək, idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını göstərir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gürcüstan Azərbaycana 460 milyon investisiya yatırıb
19:22 24.11.2026
Gürcüstan Azərbaycana 460 milyon investisiya yatırıb
Ceyhun Bayramov üçtərəfli əməkdaşlıq formatından danışdı: Növbəti görüş Gürcüstanda keçiriləcək
19:18 24.11.2026
Ceyhun Bayramov üçtərəfli əməkdaşlıq formatından danışdı: Növbəti görüş Gürcüstanda keçiriləcək
Gürcüstandan Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası ilə bağlı AÇIQLAMA
19:10 24.11.2026
Gürcüstandan Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası ilə bağlı AÇIQLAMA
Nazir Ermənistana daşınan yüklərdən danışdı
19:08 24.11.2026
Nazir Ermənistana daşınan yüklərdən danışdı
Maka Boçorişvili Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
19:05 24.11.2026
Maka Boçorişvili Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
Gürcü nazir Ceyhun Bayramovu Gürcüstana dəvət etdi
19:02 24.11.2026
Gürcü nazir Ceyhun Bayramovu Gürcüstana dəvət etdi
Hörmüz boğazında dördüncü neft tankerində partlayış baş verib
18:58 24.11.2026
Hörmüz boğazında dördüncü neft tankerində partlayış baş verib
Gürcü nazir: Bu marşrut 6 illik fasilədən sonra bərpa olundu
18:55 24.11.2026
Gürcü nazir: Bu marşrut 6 illik fasilədən sonra bərpa olundu
Maka Boçorişvili: Azərbaycanla Gürcüstan arasında siyasi dialoq yüksək səviyyədədir
18:50 24.11.2026
Maka Boçorişvili: Azərbaycanla Gürcüstan arasında siyasi dialoq yüksək səviyyədədir
Rusiya-Ukrayna müharibəsi Azərbaycan və Gürcüstanı da narahat edir
18:46 24.11.2026
Rusiya-Ukrayna müharibəsi Azərbaycan və Gürcüstanı da narahat edir
Ukrayna ABŞ Konqresinə hərbi dəstək və sanksiyalarla bağlı müraciət planlaşdırır
18:41 24.11.2026
Ukrayna ABŞ Konqresinə hərbi dəstək və sanksiyalarla bağlı müraciət planlaşdırır
Ceyhun Bayramov Azərbaycan-Gürcüstan münasibətlərindən danışdı
18:40 24.11.2026
Ceyhun Bayramov Azərbaycan-Gürcüstan münasibətlərindən danışdı
Ermənistan və Rumıniya strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalayıb
18:27 24.11.2026
Ermənistan və Rumıniya strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalayıb
"Milan" "Real"ın futbolçusu Endrik üçün rəsmi təklif göndərib
18:11 24.11.2026
"Milan" "Real"ın futbolçusu Endrik üçün rəsmi təklif göndərib
18 marşrutun hərəkət sxemi dəyişdi
17:41 24.11.2026
18 marşrutun hərəkət sxemi dəyişdi
ABŞ-də quş qripi can aldı: Ölənlərin sayı 3-ə çatdı
17:39 24.11.2026
ABŞ-də quş qripi can aldı: Ölənlərin sayı 3-ə çatdı