Alim Qasımov: 'Azərbaycan xalqının böyük əksəriyyəti seçkilərdə İlham Əliyevə səs verəcək' - Müsahibə

Alim Qasımov:
MƏDƏNİYYƏT
15:30 01.10.2013
4441
Azərbaycan Respublikasının xalq artisti Alim Qasımov Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibə verib.
AZXEBER.COM həmin müsahibəni təqdim edir: - Alim müəllim, son illər Azərbaycan mədəniyyəti və incəsənəti sahəsində baş verən yenilikləri, dövlət mədəniyyət siyasətini necə xarakterizə edərdiniz?- Azərbaycan milli mədəniyyətinin inkişafı dövlət mədəniyyət siyasətinin əsasında dayanan prioritet məsələlərdəndir. Müasir dövrümüzdə mədəni və tarixi irsin mühafizə olunması, yaradıcılığın dəstəklənməsi, milli sənətin inkişafı və s. daim diqqətdədir. Cəmiyyətin məlumatlandırılmasına yönəldilən, dünya birliyinə inteqrasiya edilməsinə rəvac verən mədəniyyət ocaqları köklü şəkildə modernləşdirilir, yenidən qurulur. Mədəniyyət və incəsənətin inkişafını stimullaşdırmaq dövlət siyasətində xüsusi əhəmiyyət kəsb edir. Bütün bunlar Azərbaycan mədəniyyətinin yeni mərhələdə inkişafda olduğunu göstərir. Müasir həyatımızda mədəniyyət və incəsənətin müxtəlif sahələrini əhatə edən növləri ayrı-ayrılıqda da Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən diqqətdə saxlanılır və onun inkişafına yüksək səviyyədə şərait yaradılır. Təbii ki, bu yaradıcı şəxslərin fəaliyyətinin üzə çıxarılması üçün yaradılan şəritlə sıx bağlıdır. Ümumilikdə bildirim ki, dövlət tərəfindən bu sahənin mütəxəssislərinin maddi-sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən hər bir iş daxildə olan potensialın üzə çıxmasına təkan verən amillərdir. Bildiyimiz kimi, əsası Ümumilli Lider Heydər Əliyev tərəfindən qoyulan və müasir həyatımızda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən ənənin nəticəsi olaraq yaradıcı simalar, mədəniyyət və incəsənimizin görkəmli nümayəndələri olan şəxslər fəxri ad və mükafatlara laiq görülməklə yanaşı, mənzillərlə də təmin olunurlar. Onlara ayrılan Prezident təqaüdü və mükafatlar dövlət rəhbərinin məlum Sərəncamları əsasında həyata keçir. Bu yaxınlarda əmək haqqlarının Azərbaycan Prezidentinin məlum Sərəncamı ilə artırılması mədəniyyət işçilərinin böyük sevincinə səbəb oldu. Qeyd etməliyik ki, bu və digər maddi və mənəvi dayaqlarla yanaşı, mədəniyyət ocaqları yüksək səviyyədə, dünya standartlarına uyğun bir şəkildə təmir və bərpa etdirilir, eyni zamanda yeni mədəniyyət müəssisələrini inşa etdirilir. Beynəlxalq Muğam Mərkəzini inşası, Muğam teatrının və digər onlarla belə sənət ocaqlarının yüksək səviyyədə təmir və bərpa etdirilməsi Azərbaycan mədəniyyət və incəsənətinin yükünü üzərində daşıyan insanların müasir avadanlıqlarla təmin olunmuş müəssislərdə çalışmasına imkan verir.Onu da qeyd etməliyik ki, Azərbaycan milli mədəniyyəti müasir həyatımızda bu diqqət və qayğının nəticəsi olaraq özünün yeni bir dövrünü yaşayır. Yeni əsrin ilk illəri və müstəqilliyimiz mədəniyyətimiz üçün tarixə uğur illəri tək yazıldı. Ölkəmizdə müxtəlif beynəlxalq tədbirlərin təşkili, müsabiqə və festivallaraın keçirilməsi ilə mədəniyyətimizə olan diqqət dövləti mədəniyyət siyasətinin reallaşmasıdır.- Alim müəllim, dövlətin mədəniyyət siyasəti beynəlxalq əməkdaşlığın genişlənməsinə və möhkəmlənməsinə necə təsirini göstərir?- Beynəlxalq əməkdaşlığın dinamik inkişaf etdirilməsi artıq öz nəticəsin verir. Belə ki, YUNESKO və Avropa Şurası kimi beynəlxalq təşkilatlarla çoxcəhətli əməkdaşlığı qeyd etməliyik. Dünyadakı mədəni quruculuq prosseslərində Azərbaycanın rolu aydın təsəvvür yaradır. Son illərdə Azərbaycanın xarici mədəniyyət siyasətində nəzərə çarpan əsas tendensiyanı beynəlxalq əlaqələrdən beynəlxalq əməkdaşlığa doğru hərəkət kimi müəyyənləşdirmək olar. Azərbaycanın müasir məqsədləri keçmişi qoruyub saxlamaq, indini dəstəkləmək və inkişaf etdirmək, gələcəyə inamla baxmaqdır. Müasir dövrümüzdə zəngin və çalarlı Azərbaycan mədəniyyəti dünya ölkələrində yüksək səviyyədə təbliğ olunur, eyni zamanda dünya sənətsevərləri tərəfindən maraqla qarşılanır. Dünyanın ən zəngin muzeylərində Azərbaycan xalq sənətkarlığının bir çox gözəl nümunələri ilə də rastlaşmaq mümkündür. Azərbaycan mədəniyyətinin çoxəsrlik tarixə malik nümunələrinin YUNESKO-nun bəşəriyyətin nadir əsərləri sırasında yer alması da təsadüfü deyildi. Belə ki, milli mədəniyyətimizin zənginliyi, dünya mədəniyyət nümunələri ilə müqayisədə yüksəkdə dayanması bu əsərlərin dünyanın şah əsərləri sırasında adının hallanmasına gətirib çıxarıb.Dünya musiqi mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən Azərbaycan musiqisinin çoxəsrlik ənənələri müasir dövrümüzdə dünyanın istənilən ölkəsində birmənalı qarşılanır. Bir çox dünya ölkələrində keçirilən Azərbaycan mədəniyyət günlərində təqdim olunan Azərbaycan mədəniyyət nümunələri dinindən, irqindən asılı olmayaraq hər bir kəsi riqqətə gətirir. Azərbaycan zənginliyindən, ən nadir nümunələrindən söz açdıqca onun sonu görünmür. İstər dünya ölkələrində nümayiş olunan nümunələrdə, istərsə də ölkəmizə səfər zamanı canlı seyrçiyə çevrilən zaman insanlarda heyrət hissi yaranır.Müasir Azərbaycan gerçəkliyi ilə dünyaya qapı açır. Azərbaycan yalnız mədəniyyət və incəsənət beşiyi deyil, tarixi ənənələri ilə yanaşı, həm də yeraltı sərvətlərə malik zəngin məkandır. Güclü iqtisadi potensiala malik ölkə enerji ehtiyatları ilə zəngindir, neft və qaz sənayesi sürətlə inkişaf edib.Azərbaycan bütün dünyada məhz milli-mədəni dəyərləri, yeraltı sərvətləri ilə, eləcə də inkişafda olan, dözümlük nümayiş etdirən ölkə kimi tanınır və siması aydın görünür.- Qarşıdan Prezident seçkiləri gəlir. Siz Azərbaycan mədəniyyətinin təmsilçiçi olaraq Prezident seçkilərinində qalibi kimi görürsünüz?- Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda son 10 il müddətində böyük işlər görülüb. Respublikamızın sürətli tərəqqisi, davamlı inkişafının təmin olunması istiqamətində görülmüş genişmiqyaslı işlər və əldə olunmuş böyük nailiyyətlərlə zəngindir. Bu ölkənin sosial-iqtisadi həyatının bütün sahələrini əhatə etmiş, gələcək uğurlarımız üçün möhkəm təməl yaratmışdır.Azərbaycan müasir dövrümüzdə özünün yeni inkişaf mərhələsini yaşayır. Azərbaycan son vaxtlar özünün tolerantlığı, humanitar məsələlərə diqqət göstərməyi ilə beynəlxalq ictimaiyyətin və təşkilatların diqqətini cəlb edib. Azərbaycan beynəlxalq humanitar məsələlərə, dünya ictimaiyyətini düşündürən, narahat edən problemlərə töhfəsini vermək qüdrətindədir. Bu baxımdan, Azərbaycan dünyada tanırır, diqqətdə olan ölkəyə çevrilib. Bu, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir.Yeri gəlmişkən, cənab İlham Əliyevin ötən dövr ərzində Prezident kimi fəaliyyəti istər daxili, istərsə də, xarici siyasət sahəsində qazandığı uğurlar xalqımızın öz tarixi seçimində yanılmadığını sübut etdi. Prezident İlham Əliyev andiçmə mərasimində xalqımız qarşısında verdiyi bütün sözləri yerinə yetirmək istiqamətində mühüm addımlar atdı.Azərbaycan Prezidenti İlham Əliyevin yüksək idarəçilik bacarığı, tükənməz enerjisi, işgüzarlığı və vətənpərvərliyi sayəsində xalqımızın rifah halı son dərəcə artmışdır. Azərbaycan qüdrətli bir dövlətə çevrilib. İlham Əliyevin siyasəti sayəsində həyata keçirilən yeniləşmə, müasirləşmə nəticəsində Azərbaycan tamamilə yeni bir görkəm alıb. Ölkədə sabitlik, əmin-amanlıq, dinclik, insanların təhlükəsizliyi təmin edilib. Prezident İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlar və nailiyyətlər əldə olunub. Bütün bu reallıqlar Prezident İlham Əliyevin fəaliyyətin nailiyyətləridir.Bu gün Azərbaycanın həyatında baş verən dəyişikləri hər bir insan Azərbaycan vətəndaşı öz həyatında, üzərində hiss edir. Bütün yaşanılan qələbələr, uğurlu, firavan həyat hər bir insanı Azərbaycanın Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ətrafında sıx birləşməyə sövq edir. Heç şübhəsiz ki, növbəti 5 il ərizində də bu nailiyyətlər bizi müşayiət edəcək.Qarşıdan gələn prezident seçkilərində Azərbaycan xalqını böyük uğur və qələbə gözləyir. 10 ilin reallıqları bunu bizə deməyə əsas verir. Azərbaycan xalqının böyük əksəriyyəti, xüsusilə də bütün mədəniyyət işçiləri qarşıdan gələn prezident seçkilərində Azərbaycan Prezident Cənab İlham Əliyevə səs verəcək, ölkəmizin gələcəyi təmin olunacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
15:38 04.06.2026
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
15:36 04.06.2026
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
15:24 04.06.2026
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
15:22 04.06.2026
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
15:16 04.06.2026
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif
15:14 04.06.2026
İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif