AMEA Rəyasət Heyəti yeni binaya köçürüləcək

AMEA Rəyasət Heyəti yeni binaya köçürüləcək
MƏDƏNİYYƏT
17:23 18.09.2013
1748

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti akademiyanın 70 illik yubileyinin keçirilməsi ilə əlaqədar müvafiq qərarlar qəbul edib.

Rəyasət Heyətinin iclasında çıxış edən AMEA prezidenti Akif Əlizadə qeyd edib ki, 2015-ci ilin mart ayında AMEA-nın yaranmasının 70 illiyi tamam olacaq. Prezident İlham Əliyevlə görüşündə bu barədə məlumat verdiyini deyən A.Əlizadə qeyd edib ki, dövlət başçısı da akademiyanın yubileyinin 60 illik yubileyi kimi yüksək səviyyədə qeyd olunacağını deyib. A.Əlizadənin sözlərinə görə, 2014-cü ilin yanvar-fevral ayında AMEA-nın 70 illik yubileyi ilə əlaqədar layihənin hazırlanaraq başa çatdırılması və müvafiq sərəncamın imzalanması gözlənilir.

Bu məsələnin çox vacib olduğunu deyən A.Əlizadə qeyd edib ki, son 5 il ərzində akademiyaya diqqət olduqca artıb, qurumun maddi-texniki bazanın genişlənməsi istiqamətində işlər görülüb, gələcək üçün böyük investisiyalar qoyulub. Bu ilin dekabr ayında AMEA kitabxanasının binasının tikintisi başa çatacaq.

Yubileylə əlaqədar həyata keçirilməsi nəzərdə tutulan bəzi tədbirlər haqqında məlumat verən AMEA prezidenti akademiyanın maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı investisiya layihələrinin həyata keçirilməsi, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin, Mərkəzi Elmi Kitabxananın binalarının tikintisi, AMEA “Akademiya şəhərciyi”ndə Rəyasət Heyəti üçün yeni binanın rekonstruksiya edilməsinin vacibliyini bildirib. Alim AMEA-nın 70 illik yubileyi ilə əlaqədar kitabın hazırlanaraq nəşr olunması, bununla bağlı filmin çəkilməsi, televiziya arxivlərində AMEA ilə bağlı videomaterialların toplanılması məsələlərinin yüksək səviyyədə təşkilinin önəmliliyini bildirib.

A.Əlizadə qeyd edib ki, 70 illik yubiley ərəfəsində Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin yeni binaya köçürülməsi nəzərdə tutulur. Onun sözlərinə görə, Rəyasət Heyətinin hazırda yerləşdiyi binanın əsaslı təmir edilməsi planlaşdırılır: “Bu bina tarixi abidədir. Rəyasət Heyəti buradan köçəndən sonra burada dövlət tərəfindən əsaslı təmir işlərinin aparılması planlaşdırılır. Burada demək olar ki, qəzalı vəziyyət yaranıb”.

Daha sonra yubiley tədbirlərinin yüksək səviyyədə keçirilməsi məqsədilə komissiya yaradılıb. AMEA-nın elmi bölmələrinə və regional elmi mərkəzlərinə yubileylə bağlı təkliflərin hazırlanaraq 15 gün müddətinə komissiyaya təqdim edilməsi tapşırılıb. Bundan əlavə, 70 illiyin geniş miqyasda qeyd edilməsi üçün dövlət qarşısında vəsatət qaldırılmasına dair qərar qəbul olunub.//apa

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
18:33 04.06.2026
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
18:27 04.06.2026
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
18:08 04.06.2026
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
17:48 04.06.2026
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
17:43 04.06.2026
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı