AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, bəziləri etdikləri qayda pozuntularından qaçmaq, radarlardan yayınmaq üçün bu yola əl atırlar.
Amma qanunvericiliyin tələbinə əsasən, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanına hər hansı formada müdaxilə etmək hüquqi məsuliyyət yaradır.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, bu kimi halların baş verməsi yolverilməzdir.
İdarə xəbərdarlıq edir ki, bu cür müdaxilə məsuliyyətdən yayınma vasitəsi deyil, əksinə, ayrıca inzibati məsuliyyət yaradan əməldir.











































