Aybəniz Haşımova yubileyini qeyd edir

Aybəniz Haşımova yubileyini qeyd edir
MƏDƏNİYYƏT
14:20 22.08.2013
4473

Əməkdar artist: “Məni sənətə Ulu Öndər Heydər Əliyev gətirib”

Bu gün 45 illik yubileyini qeyd edən Azərbaycanın əməkdar artisti, sevilən sənətkar Aybəniz Haşımovanın müsahibəsini təqdim edirik:

- Aybəniz xanım, gəlin əvvəlcə ənənəvi sualdan başlayaq. Necə oldu ki, musiqiçi olmaq qərarına gəldiniz?

- 1968-ci il avqust ayının 22-də qədim Gəncə şəhərində dünyaya göz açmışam. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, ailənin sevimli qızı olmuşam. Adımı da bacım, Azərbaycanın xalq artisti Şahnaz Haşımova qoyub. Elə məni ilk dəfə əlimdən tutub məktəbə aparan da o olub. 1977-cu ildə Gəncə şəhərindəki Mir-Cəlal Paşayev adına 39 saylı orta məktəbə daxil oldum. Ailəmin məndən gözləntiləri böyük olduğu üçün rus bölməsinə qəbul olundum. Yəqin fikirləşirdilər ki, rus bölməsində təhsil almaqla həm rus dilini mükəmməl öyrənər, həm də müasir dünyagörüş formalaşdırmağa nail olaram. Elə ilk günlərdən musiqi dərsləri mənim üçün doğma gəlirdi. Bir dəfə müəllimlərimdən biri “Sən yaxşı oxuyursan, məlahətli səsin var” dedi. Nəisə bu qəlbimdə bir qəribə hiss yaratdı.“Heç ağlıma gəlməzdi ki, Haşımova Aybəniz ölkədə tanınacaq, olacaq Aybəniz Haşımovaya(gülür).

1979-cu ildə anamın iş yerinə gedəndə qarşımdakı piano sanki məni özünə çəkdi və daxildən gələn səs “Aybəniz sən pianoda ifa edəcəksən” deyə bir daxili zərurət hiss elədim. İnamla pianoya sarı addımladım və beləcə mənim həyatımda yerni mərhələ sayıla biləcək bir hadisə baş verdi. Pianoda ifam bacım Şahnazın diqqətini çəkdi və o, mənim musiqiçi olmaq həvəsimə “yaşıl işıq” yandırdı. Bacım məni Gəncədəki İnşaatçılar Sarayındakı fortpiano sinfinə apardı. O zamana qədər heç zaman heç ağlıma gəlməzdi ki, Haşımova Aybəniz milyonların sevimlisi Aybəniz Haşımovaya çevriləcək. Məktəbin “Göyərçin” uşaq ansamblının rəhbəri Zaman Hüseynov ailəmin israrına qarşı çıxaraq, məni Moskvada ittifaq səviyyəli “Ostankino” televiyasında çıxış etməyə apardı. Bu isə mənim həyatımda, daha dəqiq desəm, musiqi karyeramda dönüş nöqtəsi oldu. Televiziyada təşkil olunan “Şən notlar” festivalında qalib olaraq ölkəyə döndüm. Qarşıda məni daha böyük sınaqlar gözləyirdi və o zaman indiki Gəncə (o zamankı Kirovabad) şəhər raykom katibi Həsən Həsənov mənə ölkə rəhbəri Heydər Əliyevin qarşısında istedadımı nümayiş etdirmək imkanı yaratdı. Bu dəfə məni “Göyərçin” ansamblı yox, Fikrət Vediyevin “Gögöl” ansamblı müşaiyət edəcəkdi. Burada haşiyəyə çıxaraq deyim ki, bacım Şahnazın mənim üzərimdə haqqı böyükdür və o mənə “Sarı Bülbül”ü oxumağı və arada bir parça segah ifa etməyi öyrətdi. Bu mənim üçün böyük şərəf və məsuliyyət idi. Dahi rəhbərin qarşısında oxumaq: Sevinc və həyəcan bir-birini əvəz edirdi. Çünki bilirdim ki, Heydər Əliyev musiqi duyumu yüksək olan rəhbərdir və bir növ özümü onun qarşısında hesabata hazırlayırdım. Mən bu sınaqdan üzüağ çıxdım. Heydər Əliyev mənim ifamı bəyənmişdi və qarşıda məni daha ciddi nailiyyətlər gözləyirdi.

“Məni sənətə verən Heydər Əliyev oldu”

Ulu Öndər mənim təhsilimi Bakıda davam etdirməyim, əvvəlcə Musiqi Məktəbində, ardınca Konsrevatoriyada təhsil almağım üçün xüsusi göstəriş verdi. Məni “Göygöl” ansamblı ilə birgə “Azərbaycan naxışları” adlı musiqi filminə çəkdilər. Ölkə rəhbərinin tapşırığı ilə Musiqi Məktəbində Muğam sinfi yaradılır və böyük sənətkarlardan ibarət münsiflər heyəti formalaşır. Şövkət Ələkbərova, Niyazi, Cahangir Cahangirov, Tofiq Quliyev, Kərim Kərimov, Lidiya Rəsulova, İslam Rzayev, Sara Qədimova, Vasif Adıgözəlov, Nazim Alıverdibəyov. Bu böyüklükdə sənətkarların qarşısında imtahan vermək və musiqiçi olmaq bu artıq xəyalların gerçək olması demək idi. Amma qarşıda maneələr var idi…

“Aclıq da işə yaramadı”

Mən artıq musiqiyə çırpınırdım. Arzularım gerçəyə çevrilmişdi. Bir addım belə geri atmaq istəmirdim. Amma valideynlərim mənim Bakıya getməyimə razı deyildi. Bütün cəhdlərim nəticəsiz qalırdı və mən etiraz aksiyasına əl atdım. Bir həftə aclıq etdim, dilimə bir tikə çörək də vurmadım. Amma valideynlərim öz inadından dönmürdü. Heydər Əliyev hafizəli şəxsiyyət idi. Bir gün soruşur ki, bu Aybəniz oxuyurmu məktəbdə? Lidiya Rəsulova “Heydər Əliyeviç, ona evlərindən icazə vermirlər”. Bu Ümumilli lideri bərk əsəbləşdirir və təcili mənim Bakıya gətirilməyimin təmin olunmasını tələb edir. Onun arqumenti bu idi: O təkcə onların yox, bütün xalqın övladıdır. Ulu Öndərin bu iradı valideynlərimə təsir edir və onların xeyir-duasıyla Bakıya gəlirəm. Dahi sənətçilər Şövkət Ələkbərova və İslam Rzayev bizim ilk müəllimlərimiz olur. Xanəndə sinfinin ilk şagirdləri isə Nuriyyə Məmmədova, Xeyransa Məmmədova, Könül Xasıyeva, Rizvan Məmmədov, Azər Ağayev, Pəri Həsənova və mən oluruq. Uğur karvanı davam edirdi və böyük tamaşaçı ordusunun rəğbətini qazanırdım. Arif Babayevdən dərs almaq mənim üçün həm də bir naxış idi. 1985-ci ildə Moskvada keçirilən tələbələrin və gənclərin beynəxalq festivalının diplomantı adını qazandım. Ardınca böyük Üzeyir Hacıbəyovun 100 illik yubileyində Moskvanın böyük teatrında məktəbin müəllimi, dəyərli sənətkar Arif Babayevle Leyli-Məcnun əsərinden fraqmentler oxumaq şərəfinə nail oldum. Ustadım Şövkət Ələkbərova ilə Filarmoniyada “Bakı gecələri” mahnısını oxumaq şərəfinə nail oldum. Azərbaycan Dövlət Televiziyasının ”Dan ulduzu” ansamblına böyük pianoçu, Gülarə xanım Əliyevanın dəvəti ilə solist olaraq işə qəbul olundum. “Lenin komsomol” mükafatına layiq görülməyim və taciklərin “Şirəli və Aybarçin” filmində “Azərbaycan şahzadəsi” rolunu almağım peşəkar fəaliyyətimdə yeni cığırlar açdı. 1985-ci ildə Moskvada keçirilən tələbələrin və gənclərin 12-ci Ümumdünya Festivalının Diplomantı oldum.

“İnsan nə qədər çalışacaqsa, bir o qədər də bəhrəsini görəcək”

“Mən öz təcrübəmi paylaşmağı və gələcək nəsillərə ötürməyi vacib sayıram. Bunu biz Şövkət xanımdan, İslam müəllimdən, Arif müəllimdən, öz ustadlarımızdan öyrənmişik” deyən Aybəniz xanım tələbələrinin uğurlarını da fəxrlə qeyd edir. Yaratdığı və minbir əziyyətlə ərsəyə gətirdiri “Bülbüllər” qrupunun hər bir uğurunu öz uğuru kimi qəbul edir. Bu məqamda deyək ki, “Bülbüllər” qrupu xeyli sayda beynəlxalq mükafatlara və diplomlara layiq görülüb. Yetirməsi Fərid Məmmədovun “Eurovision” ikincisi olması və Azərbaycanın adını yüksəklərə qaldırması onun xatirələrində xoş izlər buraxıb: “İnsan nə qədər çalışacaqsa, bir o qədər də bəhrəsini görəcək. Fərid bunun bariz nümunəsi oldu”.

“Xalidin yadigarını göz bəbəyi kimi qoruyuram. Ona həm atalıq edirəm, həm də analıq, qoy atasız olduğunu hiss eləməsin”

Aybəniz Haşımovanın həyat yoldaşı Xalid Quliyev Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edərək, Ağdərədə keçirilən hərbi əməliyyatlarda qəhrəmancasına şəhid olub. Xaliddən yeganə yadigarı Aynişan Quliyeva gözəl və gənc sənətçi, istedadlı müğənnidir.

İctimaiyyətçi Aybəniz Haşımova

Aybəniz xanım həm də ictimai baxımdan aktivliyi ilə seçilən, dövlətçilik ənənələrinə sadiq incəsənət xadimlərimizdəndir. Vaxtaşırı olaraq cəbhə bölgəsində konsertlər təşkil etməsi, xeyriyyə aksiyalarında iştirakı, ölkə gəncliyinə dəstəyi xüsusilə qeyd oluna bilər. Qızı Aynişan da anasından bu vərdişləri əzx eləyib və Aynişan xanım “İslahatçı Gənclər” İctimai Birliyində mədəniyyət məsələləri üzrə katibdir.

Dəyərli sənətkarımız Aybəniz Haşımovanı yubileyi münasibətilə təbrik edirik, ona cansağlığı və həyatda daha böyük zirvələr fəth etməyi arzu edirik!

editor.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
18:33 04.06.2026
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
18:27 04.06.2026
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
18:08 04.06.2026
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
17:48 04.06.2026
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
17:43 04.06.2026
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı