Aygün Kazımova Mədəniyyət Nazirliyinin layihəsində

Aygün Kazımova Mədəniyyət Nazirliyinin layihəsində
MƏDƏNİYYƏT
12:47 30.05.2024
1348
Mədəniyyət Nazirliyinin "Bir muzeyin sirri": tarixi-mədəni yaddaşa düşən işıq layihəsinin növbəti qonağı Xalq artisti Aygün Kazımova olub.

AZXEBER.COM xəbər verir ki, "Rəssam Vəcihə Səmədovanın portreti” bu il 100 illik yubileyi qeyd olunan Azərbaycanın ilk peşəkar qadın rəngkarı Vəcihə Səmədovanın parlaq obrazını əks etdirir. Layihə üçün əsər Aygün Kazımova tərəfindən təqdim olunub. Sujet xəttinə əsasən, videoçarxın qəhrəmanı tamaşaçıları intizarda saxlayaraq əvvəlcə portret haqqında məlumat verir və sonda barəsində danışdığı əsəri tamaşaçıya göstərir. 

Pop kraliça rəsmi təqdim edərkən V.Səmədova ilə bağlı "Muzeyə hər gələn onu axtarır: Dünyanın ən sirli qadınını. Mən isə Azərbaycan qadınını axtarırdım. Mühafizəkar cəmiyyətdə doğulsa da, dövürünün qabaqcıl qadınlarından olan birini. Fədakarlığın və sədaqətin zərif təcəssümünü, sevginin rəmzini, gözəlləyin rəsmini. O, Azərbaycan qadınının daxili səsi, qəlbi, rəngidir. O, rənglərin hakimidir. Tanrının barmaqlarından güc alan yaradıcılığı Azərbaycan incəsənətinə qadın ruhu, ana instinkti, Şərq gözəlliyi gətirib. Azərbaycanın ilk qadın rəssamı Vəcihə Səmədovadır. Tabloları onu 100-cü ilində də yaşadır. Yeri və ünvanı bəlli: Azərbaycan Milli İncəsənət Muzeyi" sözlərini söyləyib. 

Qeyd edək ki, əsər 1968-ci ildə Vəcihə Səmədovanın həyat yoldaşı, görkəmli rəssam Lətif Feyzullayev tərəfindən fırçaya alınıb. O, bu əsərdə çox sevdiyi ömür-gün yoldaşını, "Azərbaycan rəngkarlığının kraliçası” kimi tanınan Vəcihə Səmədovanı füsunkar bir qadın, böyük istedada malik rəssam kimi təsvir edib. Kətana vurduğu hər bir yaxmada sevimli xanımına olan məhəbbətini izhar edib. Parlaq koloritli təbiət fonunda əks olunan Vəcihə xanım dərin düşüncələrə dalıb. Vəcihə Səmədovanın vəfatından sonra ərsəyə gələn bu əsərdə Lətif Feyzullayevin həm ürək ağrısı, həm də dərin məhəbbət hissinin təcəssümü əbədiləşib.
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
18:18 23.09.2026
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Bu gün əfv olunan Martin Ryan ölkəsinə qayıdıb
17:56 23.09.2026
Bu gün əfv olunan Martin Ryan ölkəsinə qayıdıb
İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
17:39 23.09.2026
İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
Dağ-mədən və metallurgiya: Azərbaycanın yeni sənaye mərhələsi
17:28 23.09.2026
Dağ-mədən və metallurgiya: Azərbaycanın yeni sənaye mərhələsi
Məktəbli forması niyə vacibdir?
17:27 23.09.2026
Məktəbli forması niyə vacibdir?
Unibank sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12%-dən başlayır
17:17 23.09.2026
Unibank sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12%-dən başlayır
Prezidentdən “AzerGold”la bağlı - Sərəncam
17:11 23.09.2026
Prezidentdən “AzerGold”la bağlı - Sərəncam
“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” - QMİ
17:05 23.09.2026
“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” - QMİ
“Bir az dadım, görüm xarabdırmı?” –  Evdə hazırlanan qida məhsulları ilə bağlı XƏBƏRDARLIQ
16:35 23.09.2026
“Bir az dadım, görüm xarabdırmı?” – Evdə hazırlanan qida məhsulları ilə bağlı XƏBƏRDARLIQ
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
16:21 23.09.2026
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
16:15 23.09.2026
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama
16:13 23.09.2026
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
16:06 23.09.2026
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
15:58 23.09.2026
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
15:41 23.09.2026
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR
15:31 23.09.2026
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR