Azərbaycanda 16 yaşlı qız məktəb yoldaşından hamilə qaldı

Azərbaycanda 16 yaşlı qız məktəb yoldaşından hamilə qaldı
SOSİAL
18:08 09.05.2026
974
Qubada 16 yaşlı gənc uşaq dünyaya gətirib.

AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, rayonun Aşağı Xuc kənd sakini olan 2010-cu il təvəllüdlü N.B. 35 həftəlik doğuş sancıları ilə xəstəxanaya çatdırılıb.

Onun 9-cu sinif şagirdi olduğu və oxuduğu məktəbin digər şagirdindən hamilə qaldığı bildirilir.

Məlumata görə, hazırda ananın və körpənin vəziyyəti qənaətbəxşdir.

Hazırda polis tərəfindən istintaq araşdırmaları aparılır.

Məsələ ilə bağlı Oxu.az-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirilib ki, bu hadisə bir daha göstərir ki, azyaşlılarla bağlı məsuliyyət məsələsinə birtərəfli yanaşmaq doğru deyil:

"Burada həm qız, həm də oğlan tərəfinin ailə mühiti, valideyn nəzarəti, məktəblə münasibəti və uşaqlar üzərində qurulan tərbiyə modeli mühüm rol oynayır. Xüsusilə də zorakılıq və hüquq pozuntusuna səbəb olan davranışların qarşısının alınmasında oğlan uşaqlarının düzgün tərbiyəsi, məsuliyyət hissinin formalaşdırılması və qadına, uşağa münasibətdə sağlam düşüncənin aşılanması vacibdir.

Uşaqların yalnız qız olduqları üçün "qorunmalı", oğlan olduqları üçün isə "sərbəst" böyüdülməsi gələcəkdə bu cür ağır nəticələrə gətirib çıxara bilir. Ailə daxilində nəzarət, məktəblə davamlı əlaqə, yeniyetmələrin davranış və münasibətlərinin vaxtında izlənməsi hər iki tərəf üçün eyni dərəcədə vacibdir.

Məsələnin hüquqi tərəfi aidiyyəti qurumlar tərəfindən araşdırılır. Amma cəmiyyət olaraq qəbul etməliyik ki, azyaşlıların həyatına təsir edən belə hadisələrin qarşısını yalnız bir tərəfi günahlandırmaqla deyil, ailə, məktəb və ümumi sosial məsuliyyəti birlikdə gücləndirməklə almaq mümkündür".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də təyyarə mobil evlər parkına çırpılıb, ölənlər və yaralılar var - VİDEO
01:58 02.11.2026
ABŞ-də təyyarə mobil evlər parkına çırpılıb, ölənlər və yaralılar var - VİDEO
ABŞ-də təyyarə qəzasında ölənlərin sayı açıqlandı
01:53 02.11.2026
ABŞ-də təyyarə qəzasında ölənlərin sayı açıqlandı
Azərbaycan və Surinam ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
01:48 02.11.2026
Azərbaycan və Surinam ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
81 yaşlı Donald Trampın uşaqları necə görünür və nə edirlər
01:43 02.11.2026
81 yaşlı Donald Trampın uşaqları necə görünür və nə edirlər
İran XİN onları terrorçu kimi tanıyıb
01:38 02.11.2026
İran XİN onları terrorçu kimi tanıyıb
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:33 02.11.2026
Bakının bir sıra ərazisində işıqlar sönəcək
IRNA: ABŞ və İsrailin İrana hücumlarına dair sübutlar IMO-ya təqdim edilib
01:28 02.11.2026
IRNA: ABŞ və İsrailin İrana hücumlarına dair sübutlar IMO-ya təqdim edilib
Ukraynadan Rusiyaya qarşı yeni taktika: Hava şarları ilə dronlar buraxılır
01:23 02.11.2026
Ukraynadan Rusiyaya qarşı yeni taktika: Hava şarları ilə dronlar buraxılır
Ebola virusu yayılan ölkələrin sayı artır
01:18 02.11.2026
Ebola virusu yayılan ölkələrin sayı artır
SEPAH: Hörmüz boğazında iki neft tankerində partlayış olub
01:13 02.11.2026
SEPAH: Hörmüz boğazında iki neft tankerində partlayış olub
Nikahların sayı azalır, boşanmaların sayı artır: Səbəb nədir? - Video
01:03 02.11.2026
Nikahların sayı azalır, boşanmaların sayı artır: Səbəb nədir? - Video
Rəsmi Tehran: ABŞ ilə mümkün yeni müharibə əvvəlkindən daha uzun çəkə bilər
00:58 02.11.2026
Rəsmi Tehran: ABŞ ilə mümkün yeni müharibə əvvəlkindən daha uzun çəkə bilər
Canlı yayımda uşaqların saçını kəsib satırlar: Qanun buna nə deyir?
00:53 02.11.2026
Canlı yayımda uşaqların saçını kəsib satırlar: Qanun buna nə deyir?
Dallasda atışmalar nəticəsində ölən və yaralananları sayı açıqlandı
00:48 02.11.2026
Dallasda atışmalar nəticəsində ölən və yaralananları sayı açıqlandı
Hörmüz boğazındakı sualtı kabellərə hücum Azərbaycana necə təsir edəcək? - Video
00:43 02.11.2026
Hörmüz boğazındakı sualtı kabellərə hücum Azərbaycana necə təsir edəcək? - Video
İcbari tibbi sığorta paketinə yeni dərmanlar daxil edilir - VİDEO
00:38 02.11.2026
İcbari tibbi sığorta paketinə yeni dərmanlar daxil edilir - VİDEO