AZXEBER.COM Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, fındıq ixracı ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ ifadəsində 17 milyon 743,2 dollar (21,5%) artıb, miqdar ifadəsində 2 min 544,5 ton (22,2%) azalıb.
Belə ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycandan xaricə 82 milyon 489,5 min dollar dəyərində 11 min 437 ton fındıq ixrac edilmişdi. Hesabat dövründə ixrac edilmiş fındığın bir kiloqramının qiyməti 19,2 manat olub ki, bu da, 2025-ci ilin yanvar-iyun aylarındakı 12,3 manatdan 6,9 manat bahadır.
Qeyd edək ki, bu ilin ilk 7 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 29 milyard 216,3 milyon dollar olub. Xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 374,5 min dollar və ya 1,3% artıb.
Yekunda bu ilin ilk yeddi ayında xarici ticarətin müsbət saldosu 9 milyard 454,9 milyon dollara çatıb ki, bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 7 milyard 842,7 milyon dollar və ya 5,9 dəfə daha çoxdur.











































