Azərbaycanda dördüncü dalğa təhlükəsi var - TƏBİB rəsmisi

Azərbaycanda dördüncü dalğa təhlükəsi var - TƏBİB rəsmisi
SAĞLAMLIQ
22:38 25.06.2021
4102
2020 Azərbaycan xalqı üçün çətin il oldu. Sadəcə Azərbaycan üçün deyil, bütün dünya ölkələrinin səhiyyə sisteminin üzərinə böyük bir yük düşdü. Səhiyyə sistemi inkişaf edən ölkələr belə, bu bəlanın qarşısında aciz qaldı. Təəssüf ki, pandemiya 2021-də də davam edir. Çünki koronavirus çox sürətlə yayılan bir xəstəlikdir.

AZXEBER.COM Milli.az-a istinadən xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə İşçi Qrupunun rəhbəri Vasif Əliyev deyib.

Ekspert bildirib ki, Azərbaycan dövlətinin vaxtında həyata keçirdiyi karantin tədbirləri sayəsində xəstəliyi lokallaşdırmaq mümkün olub: "Eyni zamanda başqa ölkələrin təcrübəsindən istifadə olundu. Qısa zaman ərzində modul tipli yeni xəstəxanalar quraşdırıldı, tibbi avadanlıqlarla təchiz olundu. Həkimlər də qısa müddətdə xəstəliyin müalicəsi ilə bağlı geniş məlumatlar əldə etməyə çalışdı. Bildiyimiz kimi, koronavirus yeni xəstəlikdir. Məlum oldu ki, bəzi dərmanların zərəri faydasından çoxdur. Yenilikləri daim təqib etmək, həm yeni müalicələri sınaqdan keçirmək, həm də xəstələri daim nəzarətdə saxlamaq asan deyildi. Azərbaycan həkimləri bu işin öhdəsindən gələ bildi. İtkilərimiz də oldu, amma bu itkilər inkişaf etmiş ölkələrin səhiyyəsindən çox fərqlənmirdi".

Həkimin sözlərinə görə, ötən illə müqayisədə vaksinasiya hesabına xəstəliyin yayılmasının qarşısının alınmasında çox böyük irəliləyişlər əldə olunub:

"Azərbaycana 4 növ peyvənd gətirilib. Ümumiyyətlə, koronavirusa qarşı peyvəndlərin istifadəsində ilk ölkələr siyahısına Azərbaycan da daxildir. Artıq insanlar peyvəndlənmə prosesinə daha müsbət yanaşmağa başlayıb. 18 yaşdan yuxarı hər kəs peyvənd oluna bilər. "Sinovac" inaktivləşdirilmiş daha təhlükəsiz peyvənddir. "Pfizer" isə yeni texnologiyalar əsasında hazırlanıb. Onun qoruyuculuğu daha yüksəkdir. "Sputnik" və "AstraZeneca" peyvəndlərinin də qoruyuculuğu 90 faizdən yuxarıdır. Hər hansı peyvəndi istifadə etməyimizdən asılı olmayaraq məqsədimiz eynidir. Nəticədə qoruyuculuq əldə edirik.

Yoluxma sayının azalmasını sadəcə vaksinasiyaya bağlamaq istəməzdim, təbii yolla yoluxub sağalan insanlarımız da kifayət qədərdir. Fərqində olmadan xəstəliyi keçirən və antitellər qazanan insanlar da var. İstənilən halda unutmaq olmaz ki, bu antitellər müvəqqətidir. İstər vaksinasiya, istərsə də xəstəlikdən 6 ay sonra antitellər tükənirlər. Mutasiyaya uğramaq qabiliyyəti bunlarda yüksək olduğuna görə, vaksinasiya prosesi gələcəkdə təkrarlana bilər.

Dördüncü dalğa ehtimalı istisna olunmur, çünki virus tamamilə aradan qalxmayıb, ehtiyatı əldən verməməliyik, vaksinasiya işlərini sürətləndirə bilərik. Cəmiyyətin 60-70 faizində qoruyuculuq yaranarsa, o zaman dördüncü dalğanı hər hansı ciddi qapanmalara ehtiyac duymadan daha yüngül formada keçirə bilərik. Pandemiya bütün dünyada bitmədikcə qələbə qazandığımızı deyə bilmərik". 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
18:18 23.09.2026
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Bu gün əfv olunan Martin Ryan ölkəsinə qayıdıb
17:56 23.09.2026
Bu gün əfv olunan Martin Ryan ölkəsinə qayıdıb
İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
17:39 23.09.2026
İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
Dağ-mədən və metallurgiya: Azərbaycanın yeni sənaye mərhələsi
17:28 23.09.2026
Dağ-mədən və metallurgiya: Azərbaycanın yeni sənaye mərhələsi
Məktəbli forması niyə vacibdir?
17:27 23.09.2026
Məktəbli forması niyə vacibdir?
Unibank sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12%-dən başlayır
17:17 23.09.2026
Unibank sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12%-dən başlayır
Prezidentdən “AzerGold”la bağlı - Sərəncam
17:11 23.09.2026
Prezidentdən “AzerGold”la bağlı - Sərəncam
“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” - QMİ
17:05 23.09.2026
“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” - QMİ
“Bir az dadım, görüm xarabdırmı?” –  Evdə hazırlanan qida məhsulları ilə bağlı XƏBƏRDARLIQ
16:35 23.09.2026
“Bir az dadım, görüm xarabdırmı?” – Evdə hazırlanan qida məhsulları ilə bağlı XƏBƏRDARLIQ
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
16:21 23.09.2026
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
16:15 23.09.2026
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama
16:13 23.09.2026
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
16:06 23.09.2026
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
15:58 23.09.2026
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
15:41 23.09.2026
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR
15:31 23.09.2026
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR