AZXEBER.COM Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, yeni yaradılan iş yerlərinin 93,2 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Belə ki, hesabat dövründə açılmış iş yerlərinin 77,5 faizi Bakı şəhərində, 1,5 faizi Naxçıvan Muxtar Respublikasında, 21 faizi isə digər regionlarda yaradılıb.
Yeni iş yerlərinin 0,8 faizi Lənkəran-Astara, 0,8 faizi Şirvan-Salyan, 0,7 faizi Mil-Muğan, 0,5 faizi isə Dağlıq Şirvan iqtisadi rayonunda açılıb.
Yaradılmış iş yerlərinin 77,5 faizi mövcud müəssisə və təşkilatlarda, 22,1 faizi yeni yaradılmış, 0,4 faizi isə fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda olub.
Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 22,6 faizi tikinti, 16,4 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 10,5 faizi emal sənayesi, 9,2 faizi peşə, elmi və texniki fəaliyyət, 7,4 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi sahələrində açılıb.
Bundan başqa, həmin iş yerlərinin 6,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi informasiya və rabitə, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrinin payına düşüb.











































