Azərbaycanda uşaqlara sosial şəbəkə qadağası qoyulacaq? - Deputat tərəfdarıdır, psixoloq isə…

Azərbaycanda uşaqlara sosial şəbəkə qadağası qoyulacaq? - Deputat tərəfdarıdır, psixoloq isə…
SOSİAL
17:11 29.01.2026
1116
Son dövrlərdə uşaqların sosial şəbəkələrdə aktiv olması valideynlər arasında narahatlıq doğurur. Övladlarının internetdə keçirdiyi vaxt artdıqca, onların real həyatdan uzaqlaşması və onlayn təhlükələrlə qarşılaşması barədə narahatlıqlar da artır. 

Uşaqların sosial şəbəkədəki fəaliyyətinə nəzarət etmək indi valideynlər üçün əsas məsələlərdən birinə çevrilib. 

Mütəxəssislərin fikrincə, uzun müddət sosial media istifadəsi uşaq və yeniyetmələrdə diqqət dağınıqlığı, yuxu problemləri və ünsiyyət çətinliklərinə səbəb ola bilər. 

Dünyada bir sıra ölkələr artıq bu məsələyə sərt mövqe ortaya qoyublar. Avstraliya, Malayziya, Fransa və Danimarka kimi ölkələrdə 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdə hesab açması qadağan olunub və ya ciddi şəkildə məhdudlaşdırılır. 

Bu qərarların əsas məqsədi uşaqların onlayn təhlükələrdən qorunması və onların sağlam inkişafına diqqət yetirməkdir. 

Azərbaycanda isə uşaqların sosial media istifadəsi hələ qanunla tənzimlənmir.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi "Uşaq hüquqları haqqında” yeni qanun layihəsi çərçivəsində uşaqların sosial şəbəkələrə sərbəst çıxışına qadağa qoyulması ilə bağlı dinləmənin keçirilməsini təklif edib. 

Komitənin sədri, deputat Hicran Hüseynova iclasda bildirib ki, Azərbaycanda uşaqların sosial şəbəkəyə rahat çıxışı narahatlıq doğurur. Onun sözlərinə görə, bir çox ölkələrdə uşaqların sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırılıb, bəzən hətta hansı filmləri izləyə biləcəkləri də tənzimlənir. Azərbaycanda isə bu sahədə hələ hüquqi tənzimləmə yoxdur.

Hicran Hüseynova əlavə edib ki, məsələnin daha dərindən araşdırılması üçün dinləmə keçirilə və aidiyyəti qurumlar müzakirəyə dəvət oluna bilər. Məqsəd uşaqların onlayn mühitdə təhlükəsizliyini təmin etmək və onların sağlam inkişafını dəstəkləməkdir. 

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı AZXEBER.COM-a açıqlamasında bildirib ki, uşaqların dünyagörüşünün formalaşmasında sosial şəbəkələrin təsir gücü danılmazdır:

"Bu gün uşaqların dünyagörüşünün, davranış modelinin və düşüncə tərzinin formalaşmasında sosial şəbəkələrin təsir gücü danılmazdır. Uşaqların sosial şəbəkəyə girişinə məhdudiyyətlərin qoyulması ilə bağlı səsləndirilən fikirlər reallığın çox düzgün və vaxtında ifadəsidir. Çünki məsələ artıq  uşağın mənəvi, psixoloji və intellektual təhlükəsizliyindən gedir”.

 
O qeyd edib ki, müasir dövrdə sosial şəbəkələrin təsir potensialı danılmazdır:

"Müasir dövrdə sosial şəbəkələrin təsir potensialı danılmazdır. Onu düzgün istiqamətləndirəndə müsbət, istiqamətləndirə bilməyəndə mənfi nəticələr yaranır. Bu baxımından narahatlıqlar əsaslıdır, tədbirlər şərtdir. 
Sosial şəbəkələr informasiya mənbəyidir, lakin nəzarətsiz qaldıqda uşaqları yanlış dəyərlərə, aqressiv davranışlara və təhsildən uzaqlaşmaya sürükləyə bilər. Bu isə gələcək nəsillərin formalaşması baxımından ciddi risklər yaradır.
Yeni hazırlanan "Uşaq hüquqları haqqında” qanun layihəsində məhz bu kimi çağırışların nəzərə alınması olduqca vacibdir. Uşaqları qoruyan ağıllı mexanizmlərlə müdafiə etməliyik. Valideyn məsuliyyəti, məktəb nəzarəti və dövlət tənzimlənməsi burada bir-birini tamamlayan əsas sütunlardan olmalıdır”.

Deputat vurğulayıb ki, uşaq hüquqları yalnız fiziki təhlükəsizliklə məhdudlaşmır:

"Uşaq hüquqları yalnız fiziki təhlükəsizliklə məhdudlaşmır, onların informasiya təhlükəsizliyi, sağlam düşüncə mühiti və təhsilə rahat şəkildə fokuslana biləcəyi bir mühitin təmin olunması da əsas hüquqlardandır. Hesab edirəm ki, bu müzakirələr cəmiyyət olaraq uşaqların gələcəyinə necə yanaşdığımızın göstəricisidir. Məsuliyyət hər bir valideynin və bütövlükdə cəmiyyətin üzərinə düşən mənəvi borcdur”.

Psixoloq Nabat Mirzəyeva isə AZXEBER.COM-a açıqlamasında bildirib ki, uşaqların tərbiyəsində hazırda ən güclü təsir sosial şəbəkələrdir:

"Uşaqların tərbiyəsində hazırda ən güclü təsir sosial şəbəkələrdir. Bu onların təhsilinə də təsir göstərir. 

Sosial şəbəkələr, telefon və oyunlar uşaqların tərbiyəsinə böyük təsir edir. Məhdudiyyətlər yalnız qadağa qoymaqla nəticə vermir. Əksinə, uşaqlar qadağaya qarşı daha çox maraq göstərir və qadağa qoyulan məlumatlara diqqəti artır. Ona görə də övladlarımıza qadağa qoymaqdan daha çox, onun yan təsirlərini izah etməli və necə istifadə etməli olduqlarını anlatmalıyıq. 

Əgər övladımıza qadağanın səbəbini izah etməsək və fikrimizi onlara çatdırmasaq, onların daxil dünyasında qəzəb və narazılıq yarana bilər. Amma onlara hər şeyi normal başa salsaq, uşaqlar istifadə etdikləri sosial şəbəkələrin nəyə xidmət etdiyini anlayacaq və onlardan düzgün istifadə etməyi öyrənəcəklər”.

Psixoloq əlavə edib ki, hazırda uşaqlar sosial şəbəkələr mühitində böyüyürlər:

"Hazırda uşaqlar sosial şəbəkələr mühitində böyüyürlər və valideynlər bu sürətə yetişə bilmir. Buna görə də, qadağalar qoyulursa, onlar mütləq maarifləndirmə ilə paralel olmalıdır. Valideynlər övladlarına qadağa qoymaqla onların marağını artırmaq əvəzinə, nəzarət və izahla yanaşmalıdır. Yaşa uyğun məhdudiyyətlər qoyaraq, ailədə birgə vaxt keçirməyi və psixoloji balansı qorumağı prioritet etməliyik.
Dövlət səviyyəsində də uşaqların yaşına uyğun məhdudiyyətlərin tətbiqi və zərərli kontentə qarşı mexanizmlərin gücləndirilməsi tamamilə doğru yanaşmadır”.
 
Şahanə Ziyad

Yazı Medianın İnkişafı Agentliyinin "uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda dərc edilib.
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
05:38 27.07.2026
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək