Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlandı

Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlandı
SOSİAL
10:08 16.04.2025
176

Azərbaycanda yağışlı hava şəraiti ilə əlaqədar bütün limanlar bağlanıb.

Bu barədə AZXEBER.COM-un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin mətbuat katibi Pərvanə İmanova məlumat verib.

"Hazırda Xəzər dənizi akvatoriyasında küləyin sürəti 30-35 m/s-ə yüksəlib, sahilboyu ərazilərdə dalğaların hündürlüyü 3 metrdən çoxdur. Bütün limanlara giriş və çıxış bağlıdır, yerli və xarici bayraq altında üzən gəmilər lövbər dayanacaqlarına və sığınacaqlara yerləşdirilib", - o bildirib. 

Saat 06:00-a olan məlumata görə, Bakıda və Abşeron yarımadasında maksimal sürəti 33 m/s-ə çatan güclü şimal-qərb küləyi müşahidə olunub. 

OXŞAR XƏBƏRLƏR