Azərbaycanlı futbolçu bu uşağı axtarır: Tapsa, hədiyyə verəcək - FOTO

Azərbaycanlı futbolçu bu uşağı axtarır: Tapsa, hədiyyə verəcək - FOTO
İDMAN
13:33 19.11.2019
9544
Azərbaycan yığma komandasının və "Sabah" klubunun futbolçusu Təmkin Xəlilzadə maraqlı paylaşım edib.
 
AZXEBER.COM xəbər verir ki, futbolçu azyaşlı uşağın fotosunu paylaşaraq, onu axtardığını deyib.
 
Buna səbəb isə ona forma hədiyyə etmək istəyidir.
 
Təmkin fotoya bu sözləri yazıb: "Nə gözəl azarkeşdir. Təəssüflər olsun ki, balacanın üzünü güldürə bilməsək də, bu gözəl dəstək üçün ona öz formamı hədiyyə etmək istəyirəm. Valideynləri və ya yaxınları məni izləyirsə, zəhmət olmasa əlaqə saxlasın".
 
Həmin fotonu təqdim edirik:
 

OXŞAR XƏBƏRLƏR