Baş pediatr: Azərbaycanda da bir neçə ay sonra uşaqların peyvəndlənməsinə başlanıla bilər

Baş pediatr: Azərbaycanda da bir neçə ay sonra uşaqların peyvəndlənməsinə başlanıla bilər
SAĞLAMLIQ
21:15 15.08.2021
1442
Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxan uşaqların 84-85 faizində infeksiya ya yüngül, ya da simptomsuz keçir.

Qızdırma, öskürək, mədə-bağırsaq pozuntuları xəstəliyin əlamətləridir. Uşaqlar koronavirusu böyüklərə nisbətən yüngül keçirsələr də, bəzilərində ağırlaşmalar müşahidə olunur və onlar xəstəxanaya yerləşdirilirlər.

AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatr Erkin Rəhimov bildirib.

Onun dediyinə görə, hazırda COVID-19 infeksiyasına uşaqlar arasında da rast gəlinir:

"Bütün dünyada koronavirus əleyhinə vaksinasiya böyüklərə şamil edildiyi üçün uşaqlar prosesdən kənarda qalıb. Hətta bəzi ölkələrdə 18 yaşdan yuxarı hər kəs peyvəndlənib. Ona görə də böyüklər daha az xəstələnirlər".

Baş pediatr bildirib ki, əgər uşaqlarda iştahsızlıq, mədə-bağırsaq pozuntuları, yüksək hərarət və öskürək əlamətləri varsa, onlardan mütəq yaxma götürülərək virusa yoluxmanı öyrənmək lazımdır:

"Koronaviruslu uşağın ağciyələrinin vəziyyəti yaxşıdırsa, evdə müalicə oluna bilər. Virusla mübarizə üçün uşaqlar bol maye qəbul etməlidirlər.

Bədən temperaturu normada saxlanılmalıdır. Uşağa lazımsız antibiotiklər təyin etmək olmaz, xəstə həkim məsləhəti ilə müalicə olunmalıdır.

Ağırlaşma olduğu halda, uşaqlar xəstəxanaya yatırılmalıdır. Koronavirus əsasən risk qrupuna daxil olan uşaqlarda ağır keçir.

Bir yaşdan kiçiklər, yanaşı xroniki böyrək, ürək, ağciyər xəstəliyi olanlar, serebral iflic, xərçəngdən əziyyət çəkənlər COVID-19-u ağır keçirə bilərlər. Həmçinin artıq çəkili uşaqlarda infeksiyanın əlamətləri digərlərinə nisbətən daha kəskin olur".

E.Rəhimov qeyd edib ki, bir neçə peyvənd, o cümlədən Azərbaycanda da istifadə edilən "SinoVac" və "Pfizer" vaksinləri bəzi ölkələrdə uşaqlar üzərində sınaqdan keçirilib:

"Tədqiqatlar göstərib ki, "Pfizer" peyvəndi 12-15 yaşlı uşaqlarda tətbiq edilə bilər. Həmin peyvəndin uşaqlarda yan təsirləri və effektivliyi böyüklərdəki kimidir.

"Pfizer" istehsal edən şirkət tədqiqatların daha dəqiq və ətraflı nəticəsini sentyabrın sonunadək açıqlayacaq. Ola bilər ki, Azərbaycanda da bir neçə ay sonra uşaqların peyvəndlənməsinə başlanılsın. Bu addımı atmadan öncə əlimizdə çoxlu dəlillər olmalıdır. Bunun üçün müəyyən vaxt lazımdır".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezidentdən “AzerGold”la bağlı - Sərəncam
17:11 23.09.2026
Prezidentdən “AzerGold”la bağlı - Sərəncam
“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” - QMİ
17:05 23.09.2026
“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” - QMİ
“Bir az dadım, görüm xarabdırmı?” –  Evdə hazırlanan qida məhsulları ilə bağlı XƏBƏRDARLIQ
16:35 23.09.2026
“Bir az dadım, görüm xarabdırmı?” – Evdə hazırlanan qida məhsulları ilə bağlı XƏBƏRDARLIQ
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
16:21 23.09.2026
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
16:15 23.09.2026
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama
16:13 23.09.2026
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
16:06 23.09.2026
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
15:58 23.09.2026
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
15:41 23.09.2026
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR
15:31 23.09.2026
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR
Çin lideri ABŞ-a yola düşüb
15:20 23.09.2026
Çin lideri ABŞ-a yola düşüb
E-QİYMƏT.az adlı yeni xəbər portalı fəaliyyətə başladı
14:46 23.09.2026
E-QİYMƏT.az adlı yeni xəbər portalı fəaliyyətə başladı
Əfv Sərəncamının icrasına başlanılır
14:31 23.09.2026
Əfv Sərəncamının icrasına başlanılır
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
14:29 23.09.2026
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
14:16 23.09.2026
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
14:08 23.09.2026
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı