Baş reanimatoloq: "COVID-19 xəstələrinin hamısı reanimasiyaya yerləşdirilmir"

Baş reanimatoloq: "COVID-19 xəstələrinin hamısı reanimasiyaya yerləşdirilmir"
SAĞLAMLIQ
12:32 17.08.2021
711
"İntensiv terapiya şöbələri xəstəxananın digər şöbələrində ağır xəstələrin müalicəsi və hərtərəfli müşahidəsini təmin etmək üçün yaradılmış ixtisaslaşdırılmış şöbələrdir və bu şöbələr mürəkkəb müşahidə avadanlığı ilə təchiz olunub".

AZXEBER.COM xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş reanimotoloqu İsrail Məhərrəmbəyli kimlərin COVID-19 zamanı reanimasiyaya yerləşdirildiyi ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, insanlarda bununla bağlı qorxu var:

"Çox insan düşünür ki, süni tənəffüs aparatına qoşulduqları zaman bu artıq sondur.

Süni tənəffüs yüngül xəstələrə ağzına maska taxmaqla, ağır xəstələrə isə birbaşa ağciyərinə hava balonunun yerləşdirilməsi ilə qoşulur. Bu cihazlar vasitəsilə xəstələr 100 faiz oksigenlə təmin oluna bilirlər.

Koronavirusa yoluxmuş xəstələrin hamısı reanimasiya şöbəsinə yerləşdirilmir. Birbaşa tənəffüs yollarına təsir göstərən xəstəlik olduğu üçün, reanimasiya şöbəsinə yerləşdirilən xəstələrin əksəriyyəti tənəffüs sistemində problem olanlardır.

COVID-19 virusunun nəinki bizim ölkədə bütün dünyada virusun hansı formada, intensivlikdə inkişaf edəcəyi barədə dəqiq məlumat yoxdur.

Nədən qaynaqlanır, patogenetik istiqaməti necədir, müalicə prinsipi hansılardır, bu suallar üçün statistik dəqiq bir mənbə hələ də yoxdur.

Təbii ki, insanlar yoluxduğu zaman onlarda virusa xas əlamətlər üzə çıxır. Orqanizmin immun sistemi bu xəstəlikdə çox böyük rola malikdir. Zəif immun sisteminə malik orqanizmdə əlbəttə ki, virusun inkişafı da olduqca sürətli baş verir".

"Statistik təhlillər də göstərir ki, xəstəxanalara daxil olan xəstələrin əksəriyyəti gecikmiş halda müraciət edənlərdir.

Günlərlə evdə müalicə alan, soyuqdəymədir deyib gözləyən və doğru mütəxəssis tərəfindən düzgün müalicə olunmayan xəstələr artıq gecikmiş halda xəstəxanalara müraciət edirlər.

Ən çoxda evdə müalicə zamanı edilən yanlış odur ki, müəyyən analizlər, qan dəyərləri yoxlanılmadan edilən ümümiləşdirilmiş müalicələr.

Ağırlaşan xəstələrin qəbul şöbədə vəziyyətləri dəyərləndirilir və artıq həkim tərəfindən xəstənin palata şəraitində və yaxud reanimasiya şöbəsinə aparılması təyin edilir", - o qeyd edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezidentdən “AzerGold”la bağlı - Sərəncam
17:11 23.09.2026
Prezidentdən “AzerGold”la bağlı - Sərəncam
“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” - QMİ
17:05 23.09.2026
“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” - QMİ
“Bir az dadım, görüm xarabdırmı?” –  Evdə hazırlanan qida məhsulları ilə bağlı XƏBƏRDARLIQ
16:35 23.09.2026
“Bir az dadım, görüm xarabdırmı?” – Evdə hazırlanan qida məhsulları ilə bağlı XƏBƏRDARLIQ
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
16:21 23.09.2026
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
16:15 23.09.2026
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama
16:13 23.09.2026
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
16:06 23.09.2026
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
15:58 23.09.2026
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
15:41 23.09.2026
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR
15:31 23.09.2026
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR
Çin lideri ABŞ-a yola düşüb
15:20 23.09.2026
Çin lideri ABŞ-a yola düşüb
E-QİYMƏT.az adlı yeni xəbər portalı fəaliyyətə başladı
14:46 23.09.2026
E-QİYMƏT.az adlı yeni xəbər portalı fəaliyyətə başladı
Əfv Sərəncamının icrasına başlanılır
14:31 23.09.2026
Əfv Sərəncamının icrasına başlanılır
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
14:29 23.09.2026
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
14:16 23.09.2026
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
14:08 23.09.2026
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı