Bir siz qalmışdız, Şəfiqə xanım...

Bir siz qalmışdız, Şəfiqə xanım...
MƏDƏNİYYƏT
18:05 26.07.2013
3753

Üzeyir Hacıbəyovun, Cahangir Cahangirovun, Tofiq Quliyevin, Süleyman Ələsgərovun, Fikrət Əmirovun, Rauf Hacıyevin, Emin Sabitoğlunun və onlarla əvəzsiz bəstəkarımızın heç vaxt yetişməyəcəyi bir zamanda bir siz qalmışdınız, Şəfiqə xanım...

Onları əvəz etməsəniz belə, nəfəslərini sizdən alırdıq, qoxularını sizdən duyurduq... Heç də onlardan az xidmətiniz olmadı musiqimizin, mədəniyyətimizin inkişafında... Sizin qoxunuzu duyacağımız, nəfəsinizi alacağımız kimsə olacaqmı görəsən?! Kimsə olmasa da, mahnılarınız olacaq, buna əminəm... 600-dən artıq şedevr yaratmaq hər kəsə nəsib olan xoşbəxtlik deyil... Bayağı, sözləri anlaşılmayan, “musiqisiz mahnılar”ın cəmiyyətimizə, gündəlik həyatımıza “basqın” etdiyi bir dövrdə “Nədən oldu?”, “Mehriban olaq”, “Gözlərimin işığı sənsən”, “Neyçün gəlməz”, “Həyat, sən nə şirinsən”, “Nə ayrılıq, nə ölüm olaydı”, “Bağışla”, “Laylay”, “Şəki” və digər mahnılarınız qulaqlarımızı paslanmağa qoymadı, ruhumuza hopmuş yanğıya bir sərinlik gətirdi, bizə yaxşını pisdən seçməyi öyrətdi...

Müsahibələrinin birində belə bir fikir işlətmişdi: “Mahnılarım çoxdu. İndi qocalmışam, hətta yadımdan da çıxıb. Bir mahnı eşidirəm, deyirəm, əcəb mahnıdı. Deyirlər ki, sənin mahnındı da.” Oxuyanda gülsəm də, içimi sızlatmışdı... Bir tərəfdən düşünmüşdüm ki, mahnıların çoxluğundan yadında qalmayıb, digər tərəfdən isə bunu yaşlı bir ananın yaddaş zəifliyi üzündən hansısa övladını tanımaması ilə müqayisə etmişdim... Amma Tanrı ona tanımayacağı qədər çox övlad anası olmaq sevincini bəxş etməmişdi. İllərlə ölümündən xəbərsiz olan tək oğlunu gözləməkdən gözünün kökü saralmışdı.... Amma həyatında baş verən bütün faciələrə mətanətlə dözmüşdü...

Mən onu hər zaman formada görmüşəm, baxımlı qadın kimi tanımışam. Dırnağının səliqəsindən tutmuş, dodağının boyasına qədər, saç düzümündən tutmuş geyimindəki ən xırda detala qədər hər şey hər zaman qaydasında olub. Bir dəfə “Sırğalarım qulağımı dartıb, amma çıxarmıram. Öləndə görsəniz ki, qulağımda sırğa yoxdu, bilin ki, bacımın işləridir” - deyərək bizi güldürməyə çalışmışdı. Sonra isə qəribə ciddiyyət və qürurla “Ölüm nədir, mən hələ yaşamalıyam, görüləsi, yarımçıq qalan işlərim var”- deyərək əlavə etmişdi...

Şəfiqə xanım Şərqin Opera yazan ilk qadın bəstəkarı idi. Bu əsəri canlı izləmək qismət olmasa da, televiziya ekranlarından dəfələrlə izləmişdim. Şəfiqə xanım bu əsərdəki faciədən elə danışırdı ki... Bir gün söhbət zamanı “operanızı canlı izləmək istəyirəm...” deyəndə sözümü sona çatdırmağa imkan verməyərək “elə mən də...” - cavabını verdi və gözlərindən mirvari kimi iki gilə yaş yanaqlarına süzüldü... Musiqi mənim həyatımdır, musiqi mənim varlığımdır, musiqi mənim övladımdır, anamdır, atamdır, musiqi mənim ailəmdir, musiqi mənim döyünən ürəyimdir, mən həyatımda olan bütün varlıqları, maddi nemətləri musiqiyə qurban verişəm... – dedi, - indi mənim musiqidən başqa bir bacım var, bir də 9 milyonluq xalqım... Sonra isə göz yaşları içində gülüşlə “təki hamı mənim kimi kimsəsiz, tək olsun elə, guya nəyim yoxdu ki?!”-deyə əlavə etdi...

Bu gecə bir yuxu gördüm. Gördüm ki, xəstəxanaya Şəfiqə xanımın ziyarətinə getmişəm. İşçilərdən icazə alıb yanına keçirəm, yatdığını görüb oyatmıram və çölə çıxıram... Səhər yuxudan oyanıb nənəmə danışdım. Sonra dostlarımdan birinə yazdım ki, belə bir yuxu görmüşəm, gələrəm, gedərik xəstəxanaya... Dedi ki, yaxşı. Sözüm ağzımda qaldı, tamamlaya bilmədim, eşitdim ki, Şəfiqə xanım dünyasını dəyişib. Özümü həyatdan kiməsə borclu halda köçən bir insan kimi hiss etdim... 

Dəfələrlə onunla həmsöhbət olmuşdum, sonuncu dəfə yanına gedəndə “məni tanıdınız?” deyə soruşdum. “Tanıdım”-dedi, amma bildim ki tanımayıb, xətrimə dəyməmək üçün dedi. Dedim, Şəfiqə xanım, siz bizim hamımızı tanıya bilməzsiz ki, biz çoxuq, siz tək. Dedim siz mahnılarınızın hamısını yadda saxlaya bilməzsiz bəlkə də, 9 milyon insanı necə yadda saxlayacaqsız? Güldü və əlavə etdi: “Tanıdım, ya tanımadım, qapımı döyən hər bir insan mənim ömrümü daha bir gün uzadır... Bütün günü gözüm qapıdadır...”. Heç nədən narazı deyildi, heç kimdən asılılığı, ehtiyacı yox idi... Təkcə gözünün nurunu, qəlbinin döyüntüsünü, ruhunun səsini, yuxusuz gecələrini yolunda sərf edərək ölməz əsərlər yaratdığı insanların bir kəlmə xoş sözünü eşitmək, diqqətini görmək istəyirdi... Bu, bizim vəfa, sədaqət borcumuz idi... Bu görüşdən sonra düşündüm tez-tez ziyarətinə gedəcəm, amma getmədim... 

Gözəl sənətkarımız, çox sevdiyim Aybəniz Haşımova sosial şəbəkələrin birində bir neçə gündən sonra gənc musiqiçilərlə birlikdə Şəfiqə xanımı yoluxmağa gedəcəklərini yazmışdı. Düşündüm ki, mən də onlarla gedərəm.. Amma qismət olmadı... Kaş ki, hər birimiz bir dəfə qapınızı döyüb ömrünüzü bir gün daha uzada biləydik, sizə ölməzlik bəxş edəydik, Şəfiqə xanım... Allah sizə rəhmət eləsin, Üzeyir ağacının sonuncu yarpağı !!!Təhminə Yusifova

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
18:33 04.06.2026
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
18:27 04.06.2026
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
18:08 04.06.2026
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
17:48 04.06.2026
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
17:43 04.06.2026
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı