BMT baş katibi: "Bu dövrdə də qadınlar evlərində zorakılığa məruz qalır"

BMT baş katibi: "Bu dövrdə də qadınlar evlərində zorakılığa məruz qalır"
SAĞLAMLIQ
09:44 06.04.2020
1598
BMT-nin Baş katibi Antonio Quterreş gender əsaslı zorakılıq və koronavirusla (COVID-19) mübarizə ilə bağlı yeni bəyanat yayıb.

AZXEBER.COM-a daxil olan bəyanatda COVID-19 pandemiyasının dünyada insanlara ağlasığmaz əziyyət verdiyi və iqtisadiyyatın iflasına səbəb olduğu bildirilib. 

BMT baş katibi bu yaxınlarda ümumi mübarizəni pandemiyanı aradan qaldırmağa yönəltmək üçün qlobal atəşkəsin dərhal bərqərar olmasına çağırdığını xatırladıb: "Elə indi dünyanın hər yerində zorakılığa son qoyulması üçün müraciət etdim. Ancaq zorakılıq döyüş bölgəsi ilə məhdudlaşmır. Bir çox qadın və qızları təhlükə onlar üçün ən etibarlı sayılan öz evlərində yerdə gözləyir. Ona görə də mən bu gün dünyadakı hər bir evdə sülh üçün yeni bir çağırışla müraciət edirəm".

"COVİD-19-un qarşısını almaq üçün təcrid və karantinin vacib olduğunu bilirik. Lakin nəticədə qadınlar onlarla qəddar davranan tərəfdaşları ilə bir evdə qala bilərlər. Son həftələr ərzində iqtisadi və sosial təzyiqlər, habelə xof artdıqca, qlobal səviyyədə məişət zorakılığının artmasının şahidi olduq. Bəzi ölkələrdə zorakılığa qarşı dəstək xidmətinə müraciət edən qadınların sayı iki dəfə artıb. Eyni zamanda, tibb müəssisələri və polis xidmətləri həddindən artıq yüklənir və işçi heyəti çatışmazlığı ilə üzləşir.

Yerli dəstək qrupları iflic vəziyyətdədir və ya vəsait çatışmazlığı ilə üzləşir. Məişət zorakılığı qurbanları üçün fəaliyyət göstərən bəzi sığınacaqlar bağlıdır, digərləri doludur. Mən bütün hökumətləri qadınlara qarşı zorakılığın qarşısının alınması və onlara dəymiş ziyanın ödənilməsini COVİD-19-a qarşı milli tədbirlər planına daxil etməyə çağırıram. Bu, onlayn xidmətlərə və vətəndaş cəmiyyəti təşkilatlarına qoyulan sərmayənin artırılması deməkdir.

Məhkəmə sistemlərinin zorakılığa yol vermiş insanların qanun qarşısında cavab verməsini təmin etməlidir. Aptek və ərzaq mağazalarında təhdidlərə qarşı təcili bildiriş sistemlərinin yaradılmalıdır. Sığınacaqlar həyati əhəmiyyət kəsb edən xidmət kimi elan edilməlidir. Qadınlar üçün onlara qarşı zorakılıq törədənlərin xəbəri olmadan dəstək istəməyin təhlükəsiz yolları yaradılmalıdır. Qadınların hüquq və azadlıqları güclü və dayanıqlı cəmiyyətlər üçün mühüm əhəmiyyət kəsb edir.

COVİD-19-a qalib gəlmək üçün çalışdığımız zaman müharibə bölgələrindən tutmuş insanların evlərinə qədər hər yerdə şiddətin qarşısını birlikdə ala bilərik və almalıyıq", - bəyanatda qeyd edilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
16:21 23.09.2026
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
16:15 23.09.2026
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türk generaldan açıqlama
16:13 23.09.2026
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türk generaldan açıqlama
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
16:06 23.09.2026
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
15:58 23.09.2026
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
15:41 23.09.2026
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR
15:31 23.09.2026
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR
Çin lideri ABŞ-a yola düşüb
15:20 23.09.2026
Çin lideri ABŞ-a yola düşüb
E-QİYMƏT.az adlı yeni xəbər portalı fəaliyyətə başladı
14:46 23.09.2026
E-QİYMƏT.az adlı yeni xəbər portalı fəaliyyətə başladı
Əfv Sərəncamının icrasına başlanılır
14:31 23.09.2026
Əfv Sərəncamının icrasına başlanılır
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
14:29 23.09.2026
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
14:16 23.09.2026
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
14:08 23.09.2026
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
14:06 23.09.2026
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ
13:58 23.09.2026
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ
Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI
13:50 23.09.2026
Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI