Dəhşətli qəzada ölənlər və xəsarət alanların ADLARI

Dəhşətli qəzada ölənlər və xəsarət alanların ADLARI
SOSİAL
21:55 17.08.2026
271
Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsində ölən və xəsarət alan şəxslərin adları məlum olub.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində 2018-ci il təvəllüdlü Z.Vəliyeva və 1992-ci il təvəllüdlü H.Həmzəyeva həyatını itirib.

Hadisə zamanı 1981-ci il təvəllüdlü Ə.Aslanov, 1982-ci il təvəllüdlü A.Cəfərli, 1976-cı il təvəllüdlü Z.Hüseynova, 1976-cı il təvəllüdlü S.Hüseynli, 1973-cü il təvəllüdlü E.Hüseynov, 1972-ci il təvəllüdlü E.Hüseynli, 2021-ci il təvəllüdlü Q.Aslanov və 14 yaşlı Z.Aslanova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılardan bəzilərinin müalicəsi Şəmkir Rayon Mərkəzi Xəstəxanasında, digərlərinin isə Gəncə şəhərində yerləşən xəstəxanalardan birində davam etdirilir.

Qeyd edək ki, qəza Gədəbəy rayon sakini, 1973-cü il təvəllüdlü Elnur Hüseynovun idarə etdiyi "KIA Sorento" markalı minik avtomobili ilə Şəmkir rayonunun Mahmudlu kənd sakinləri, 1981-ci il təvəllüdlü Ə.Aslanovun idarə etdiyi VAZ-2106 markalı avtomobilin toqquşması nəticəsində baş verib.
OXŞAR XƏBƏRLƏR