Dərslər başladı, yeni xərclər ortaya çıxdı – Hansı xidmətlər bahalaşa bilər?

Dərslər başladı, yeni xərclər ortaya çıxdı – Hansı xidmətlər bahalaşa bilər?
SOSİAL
15:51 15.09.2026
101

Yeni tədris ilinin başlaması ilə valideynlərin məktəblə bağlı xərcləri də davam edir.

Dərslərin başlamasından sonra şagirdlərin nəqliyyat, ictimai iaşə, hazırlıq kursları, repetitor, dərnək və digər xidmətlərə ehtiyacı artır. Xüsusilə məktəbdənkənar hazırlıq və nəqliyyat xərcləri ailələrin aylıq büdcəsində əlavə yük yarada bilər.

Bəs tədris ilinin başlaması hansı xidmətlərə tələbatı daha çox artırır və bu, qiymətlərə təsir göstərə bilərmi?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan iqtisadçı Günay Hüseynova bildirib ki, tədris ilinin başlaması ilə bir sıra xidmətlərə tələbat artsa da, bu, bütün sahələrdə qiymət artımına səbəb olmur:

"Tədris ilinin başlaması əksər sahələrdə tələbi artırsa da, təklif də kifayət qədərdir. Əslində ilk günlərdə tələblə bağlı olaraq müxtəlif sahələrdə qiymət artımından daha çox endirimlər mövcuddur. Tədris ilinin başlaması ilə əlaqədar olaraq geyim, kafe və restoran xidmətlərinə tələbat artır. Qiymətləri isə nisbətən münasib etmək satışı çoxaldır. Bu üsul sahibkarın gəlirlərini də artırır”.


İqtisadçı qeyd edib ki, tədris ilinin başlaması ilə bəzi xidmət sahələrində qiymət artımı da müşahidə oluna bilər:

"Digər məsələ isə sabit qiymətlərdəki artımla əlaqədar ola bilər. Məsələn, repetitor, bağça, məktəbəqədər hazırlıq xidməti göstərən özəl müəssisələrdə, eləcə də kirayə evlərin qiymətlərində artım mümkündür. Çünki bu kimi xidmət sahələrində qiymətlər əksərən il ərzində dəyişməz qalır və məhz bu səbəbdən həmin sahə ilə məşğul olanlar tədris ilinin başlanması ərəfəsində qiymət artımına gedirlər. Əslində qiymət artımı ya gəlirlərin artımına, ya da illik inflyasiyaya uyğun olmalıdır. Təəssüf ki, bizdə belə deyil. Xidmət sahəsi ilə məşğul olan sahibkar ətrafdakı vəziyyətə və ya öz istəyinə uyğun olaraq qiymətləri yüksəldir".

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bank of Baku-da səhiyyə işçilərinə özəl fürsət var: 80.000 AZN-dək kredit 0 % komissiya ilə
16:29 15.09.2026
Bank of Baku-da səhiyyə işçilərinə özəl fürsət var: 80.000 AZN-dək kredit 0 % komissiya ilə
Azərbaycanda “Roblox” təhlükəsi böyüyür - Uşaq və yeniyetmələri necə qoruyaq?
16:26 15.09.2026
Azərbaycanda “Roblox” təhlükəsi böyüyür - Uşaq və yeniyetmələri necə qoruyaq?
“Bakalavrın müddəti azaldılsa, işsizlik problemi yarana bilər” - Ekspert risklərdən danışdı
16:22 15.09.2026
“Bakalavrın müddəti azaldılsa, işsizlik problemi yarana bilər” - Ekspert risklərdən danışdı
Bu rayonun icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
16:18 15.09.2026
Bu rayonun icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
Qarabağda Böyük Qayıdış: Azərbaycan yeni tarix yazır
16:03 15.09.2026
Qarabağda Böyük Qayıdış: Azərbaycan yeni tarix yazır
Azər Mursaqulov 3 şöbə müdirini işdən çıxardı
15:59 15.09.2026
Azər Mursaqulov 3 şöbə müdirini işdən çıxardı
Dərslər başladı, yeni xərclər ortaya çıxdı – Hansı xidmətlər bahalaşa bilər?
15:51 15.09.2026
Dərslər başladı, yeni xərclər ortaya çıxdı – Hansı xidmətlər bahalaşa bilər?
AccessBank tenderin vaxtını uzatdı
15:47 15.09.2026
AccessBank tenderin vaxtını uzatdı
Şagird qaydaları pozursa, məktəb necə davranmalıdır? – Dünyadan fərqli təcrübələr
15:39 15.09.2026
Şagird qaydaları pozursa, məktəb necə davranmalıdır? – Dünyadan fərqli təcrübələr
Ərdoğan Azərbaycanı təbrik etdi - FOTO
15:22 15.09.2026
Ərdoğan Azərbaycanı təbrik etdi - FOTO
Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
15:12 15.09.2026
Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Vəzifəli şəxslərin, məmurların gəlirləri niyə gizli qalır? - Deputatlardan açıqlama
15:11 15.09.2026
Vəzifəli şəxslərin, məmurların gəlirləri niyə gizli qalır? - Deputatlardan açıqlama
Nazir: Azərbaycanda 4000-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir
15:02 15.09.2026
Nazir: Azərbaycanda 4000-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir
“AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
14:51 15.09.2026
“AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
Elektron siqaret çəkib, canlı yayım açan şagirdlər hansı məktəbdə təhsil alır? - VİDEO
14:46 15.09.2026
Elektron siqaret çəkib, canlı yayım açan şagirdlər hansı məktəbdə təhsil alır? - VİDEO
Zaqatalada əsaslı təmir olunan gimnaziyanın açılışı oldu - FOTOLAR
14:37 15.09.2026
Zaqatalada əsaslı təmir olunan gimnaziyanın açılışı oldu - FOTOLAR