Bakıda özəl klinikaların birində qeysəriyyə üsulu ilə uşaq dünyaya gətirdikdən sonra komaya düşən 28 yaşlı Şəhla Muxtar qızı Quliyeva vəfat edib.
AZXEBER.COM xəbər verir ki, əməliyyatdan sonra beyninə qan sızan və 20 gün komada qalan Şəhlanın həyatını xilas etmək mümkün olmayıb. Onun övladının vəziyyətinin normal olduğu bildirilir.
Qeyd edək ki, Ş.Quliyeva "Azərbaycan Supermarket” MMC-nin təchizat üzrə mütəxəssisi olub.











































