Ədalət İsmayılov vəfat etdi

Ədalət İsmayılov vəfat etdi
SOSİAL
10:26 18.08.2026
288
Əqli Mülkiyyət Agentliyinin "Əqli mülkiyyət” jurnalının baş redaktoru Ədalət İsmayılov (Ədalət Mədətoğlu) vəfat edib.

AZXEBER.COM xəbər verir ki, o, 58 yaşında dünyasını dəyişib.

Ədalət İsmayılov 1968-ci ildə Borçalıda, Başkeçiddə ( Dmanisi) doğulub.

BBC-nin Azərbaycan xidmətində texniki və inzibati sahələrdə xidmət göstərib. O, Bakı ofisinin formalaşmasında və gündəlik iş rejiminin peşəkar səviyyədə qurulmasında səmərəli fəaliyyət göstərib.

Qeyd edək ki, Ə.Mədətoğlu "Elm”, "İntibah”, "Əlillər”, "Kaspi”, "New Baku Post”, BBC radiosu və digər mətbuat qurumlarında çalışıb. O, 2019-cu ildən "Əqli mülkiyyət” jurnalının baş redaktoru idi.

Xatırladaq ki, mərhumun vaxtilə BBC-də birlikdə çalışdığı bacısı Sədaqət İsmayılova da bir 10 il əvvəl əvvəl xərçəng xəstəliyindən vəfat etmişdi.

Media nümayəndələri və keçmiş həmkarları mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

OXŞAR XƏBƏRLƏR