"Gedin vaksin vurdurun" - Deputatdan yoluxmanın artmasına reaksiya

"Gedin vaksin vurdurun" - Deputatdan yoluxmanın artmasına reaksiya
SOSİAL
12:36 19.10.2021
1759
"Hələ peyvəndlənmə pulsuz aparılır, insanlar onu da az qala məcbur etdirmək istəyirlər. Gedin özünüzə vaksin vurdurun”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib. Deputat bildirib ki, insanlar qaydalara əməl etmirlər:

"Son günlər yoluxma faizi yenidən artır. Bunun da səbəbləri var. İnsanlar qaydalara əməl etmirlər, məsafə saxlamaq, dezinfeksiya tədbirləri, bütün bunlara əməl etmək lazımdır, amma çoxu etmir. Hələ peyvəndlənmə pulsuz aparılır, insanlar onu da az qala məcbur etdirmək istəyirlər. Gedin özünüzə vaksin vurdurun. Bir tərəfdən də xəstə olduğu halda evdən bayıra çıxırlar. Düzdür, onlar tutulub cəzalandırılır. Amma xəstə halda evdən çıxır. İndi bu artacaq da, azalacaq da, bundan hələ ki, qurtulmaq mümkün deyil. Mənim həmişə dediyim bir söz var ki, bu Ümumdünya Səhiyyə Təşkilatını bağlasınlar”. 

Aqil Abbas məktəblərin onlayn təhsilə keçməsinə də münasibətini bildirib. O, qeyd edib ki, təhsilin onlayn formaya keçməsi gələcəyimizin məhvi deməkdir:

"İndi məni ən çox ağrıdan məsələ ali təhsil ocaqlarının bağlanmasıdır. Artıq bir neçə məktəbdə bağlanmalar var, hətta ən böyük məktəblərdən biri olan 20 nömrəli məktəbdə də yoluxma aşkarlanıb. Bəzi universitetlərdə qruplar bağlanıb, distant təhsilə keçib. Bu isə bizim gələcəyimizin məhvi deməkdir. Əvvəla distant təhsillə təhsil olmaz. İkincisi, məktəblilər cəmiyyətdən, ictimailəşməkdən uzaqlaşırlar. Ona onlayn dərs verə bilərsən, amma onu bir vətəndaş kimi yetişdirə bilməzsən, ictimaiyyətdən kənarda yetişməsi mümkün deyil. Valideyn tərbiyəsi başqadır, cəmiyyətin tərbiyəsi başqa. Bütün bunların qarşısını həkimlərə, tibbə qulaq asmaqla almaq olar. Özümüzü qorumalıyıq, mən həmişə deyirəm, özünü qoruyursansa, ailəni qoruyursan, balalarını qoruyursan, onları da qoruyursansa, demək milləti, xalqı qoruyursan”.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əhliman Əmiraslanov vətəndaşların müraciətlərini dinləyib
14:05 21.10.2026
Əhliman Əmiraslanov vətəndaşların müraciətlərini dinləyib
Boşansalar da, eyni evdə yaşamağa davam edirlər – Keçmiş ər-arvadı bu problemlər gözləyir
14:04 21.10.2026
Boşansalar da, eyni evdə yaşamağa davam edirlər – Keçmiş ər-arvadı bu problemlər gözləyir
Ərbakan da “arzuolunmaz şəxslər” siyahısına salındı
14:03 21.10.2026
Ərbakan da “arzuolunmaz şəxslər” siyahısına salındı
Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
13:54 21.10.2026
Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
İş axtaranların diqqətinə: Bu paylaşımlar işə qəbulunuza mane ola bilər
13:45 21.10.2026
İş axtaranların diqqətinə: Bu paylaşımlar işə qəbulunuza mane ola bilər
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:37 21.10.2026
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
18 yaşlı futbolçu “Liverpul”un tarixinə düşdü
13:35 21.10.2026
18 yaşlı futbolçu “Liverpul”un tarixinə düşdü
Aztəminatlı ailələrə 97,9 manat – Bu məbləğ yetərlidirmi?
13:34 21.10.2026
Aztəminatlı ailələrə 97,9 manat – Bu məbləğ yetərlidirmi?
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
13:28 21.10.2026
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan etdi - Siyahı
13:20 21.10.2026
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan etdi - Siyahı
Bakıda milyonluq dələduzluqda ittiham olunan şirkət rəhbəri saxlanılıb
13:11 21.10.2026
Bakıda milyonluq dələduzluqda ittiham olunan şirkət rəhbəri saxlanılıb
Niderland XİN rəhbərinin Azərbaycana səfəri Hikmət Hacıyevlə müzakirə olunub
13:10 21.10.2026
Niderland XİN rəhbərinin Azərbaycana səfəri Hikmət Hacıyevlə müzakirə olunub
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
12:50 21.10.2026
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşüb
12:48 21.10.2026
bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşüb
Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
12:24 21.10.2026
Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ
12:18 21.10.2026
Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ