'Gənc Qarabağ Səfirləri' gəncləri sevindirdi

GƏNCLİK
23:26 08.05.2012
2139
Respublika Uşaq Təşkilatı müsabiqə qaliblərini mükafatlandırdıYasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Uşaq Təşkilatının layihəsi olan Gənc Qarabağ Səfirləri kampaniyası çərçivəsində 31 mart-Azərbaycanlıların Soyqırımı Günü və 8 May-Şuşanın işğalı günü ilə əlaqədar keçirilən məktəblilərarası məqalə müsabiqəsinin yekun hesabat tədbiri keçirildi. Tədbirdə 2 ay (mart və aprel ayları) ərzində regionlar üzrə məktəblilərdən qəbul olunan 126 məqalə arasından seçilən 6 məqalə mükafatlandırıldı. Konfrans Ulu Öndər Heydər Əliyevin büstünün ziyarəti ilə başladı. Uşaqlar Azərbaycan xalqının Ümummilli Liderinin iş və həyat fəaliyyətini özündə əks etdirən sərgi ilə tanış oldular. Ulu öndərin keçdiyi maraqlı və rəngarəng həyat yolu məktəblilərdə sonsuz maraq oyatdı. Qeyd edək ki, Heydər Əliyev şəxsiyyətinin dahiliyi, onun əvəzolunmazlığını sübut edən ən birinci fakt məhz odur ki, ulu öndər uşaqlara qarşı son dərəcə nəzakətli və mərhəmətli idi. O, uşaqları hədsiz sevir və onların hər birinə öz balası kimi münasibət bəsləyirdi. H. Əliyev uşaqların təhsilinə, onların savadlı və cəmiyyət üçün yaralı olmaları üçün hər şey edirdi. Ulu Öndər hər zaman “Uşaqlar bizim gələcəyimizdir” deyirdi və əgər bir dövlət öz gələcəyini işıqlı, parlaq görmək istəyirsə gərək uşaqla xüsusi diqqət yetirsin. Bu da Heydər Əliyev siyasətinin əsas yollarından biridir. O, kimsəsiz uşaqların da rahat həyat keçirmələri üçün çox işlər görüb. Bu məqsədlə o bir çox uşaqları dövlət hesabına xaricdə təhsil almalarına imkan yaradıb. Uşaqlar da hər biri onu doğma insanı kimi sevirdilər. Uşaqların heç bir tədbiri ulu öndərsiz keçmirdi. O, hər kəsin, uşaqların yaxın dostu idi. Daha sonra dəyirmi masa ətrafında davam edən konfransda ulu öndər yad edildi. Respublika Uşaq Təşkilatının sədr müavini Ruxsarə Axundova keçirilən müsabiqə barədə ətraflı məlumat verdi. Konfransda Gənc Qarabağ Səfirləri kampaniyası çərçivəsində 1 il ərzində görülən işlər haqqında məlumat verildi. Bildirildi ki, həm Bakı və Sumqayıt şəhərləri, həm də regionlar üzrə Gənc Qarabağ Səfirlərinin sıralarına 800-dən fəal çox məktəbli qoşulub. Azərbaycan Respublikası Uşaq Təşkilatının nümayəndəsi Gənc Qarabağ Səfirlərinin saytı olan www.young-ambassadors.info və sosial şəbəkələrdə olan ünvanları haqqında məlumat verdi. (facebook, twitter səhifələri- Gənc Qarabağ Səfirləri). Konfrasın yekununda məqalə müsabiqəsinin qalibləri olan Səməd Vurğun adına 4 saylı orta məktəbin şagirdi Musayeva Lamiyə Nizami qızına (I YER), Xətai rayonu M.Hacıyev adına 116 saylı orta məktəbin şagirdi Musayeva Sahilə Azər qızına (II YER), Sumqayıt şəhəri N.Tusi adına 12 saylı orta məktəbin şagirdi Əhmədova Nərmin Rəşid qızına (III YER) və həvəsləndirici olaraq 3 məktəbliyə-Suraxanı rayonu Ələkbərov Eyvazov adına 275 nömrəli orta məktəbin şagirdi Cavadzadə Günel Cəmaləddin qızına, Abşeron rayon M.Hüseynzadə adına 1 saylı Novxanı kənd orta məktəbinin şagirdləri Mikayılzadə Müzəffər Aydın oğluna, Qənizadə Firuzə Müqəddəs oğluna Fəxri fərman və hədiyyələr təqdim olundu. Qeyd edək ki, adı çəkilən müəlliflərin məqalələri merkez.az informasiya agentliyində, arut.info, young-ambassadors.info internet ünvanlarında dərc olunacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
16:37 16.10.2026
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
16:34 16.10.2026
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
16:11 16.10.2026
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
16:11 16.10.2026
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
15:54 16.10.2026
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
15:31 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
Bakının bu rayonunda 30 bina söküləcək
15:26 16.10.2026
Bakının bu rayonunda 30 bina söküləcək
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
15:11 16.10.2026
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
15:08 16.10.2026
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
15:07 16.10.2026
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
14:52 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
14:50 16.10.2026
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
14:47 16.10.2026
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
14:12 16.10.2026
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
14:09 16.10.2026
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq - Ədalət Verdiyev
13:45 16.10.2026
Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq - Ədalət Verdiyev