Gəncədə “Avropa Gənclər Paytaxtı -2016” layihəsinin təqdimatı keçirilib

Gəncədə “Avropa Gənclər Paytaxtı -2016” layihəsinin təqdimatı keçirilib
GƏNCLİK
10:47 27.12.2013
1385

Gəncədə “Avropa Gənclər Paytaxtı- 2016” layihəsinin təqdimat mərasimi keçirilmişdir.

AZXEBER.COM AzərTAc-a istinadən xəbər verir ki, şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncənin bu mötəbər müsabiqədə qalib gələrək 2016-cı ilin Avropa Gənclər Paytaxtı seçilməsini təkcə bu şəhərin deyil, ümumiyyətlə, Azərbaycanın tarixində əlamətdar hadisə adlandırmışdır.Bildirmişdir ki, 2013-cü ilin yanvarında yarışmaya qoşulan Gəncə müsabiqənin tarixində ilk dəfə olaraq Avropa İttifaqının üzvü olmayan ölkənin və Qafqaz regionundan yeganə şəhər kimi qalib gəlmiş, 2016-cı il üçün Avropa Gənclər Paytaxtı seçilmişdir. Niderlandın Rotterdam, İtaliyanın Turin, Belçikanın Antverpen, Portuqaliyanın Braqa, Sloveniyanın Maribor, Yunanıstanın Saloniki və nəhayət Rumıniyanın Cluj-Napoka şəhərlərindən sonra Gəncə bu yüksək titula sahib olmuşdur.Mərasimdə gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, Milli Məclisin deputatları Musa Quliyev, Rauf Əliyev, Ceyhun Osmanlı, Xanlar Fətiyev, İlham Məmmədov və başqaları çıxış edərək Prezident İlham Əliyevin gənclərə və onların inkişafına göstərdiyi böyük diqqət və qayğıdan danışmışlar.Qeyd olunmuşdur ki, bu gün Azərbaycan gənclərinin səsinin Avropadan gəlməsi, paytaxt Bakının, həmçinin Gəncənin bir çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etmələri ölkəmizdə aparılan gənclər siyasətinin uğurlu nəticələrini bir daha təsdiqləyir.Tədbirdə 2016-cı ilədək görüləcək işlərlə bağlı tədbirlər planının təqdimatı keçirilmiş, müvafiq məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.Təqdimat mərasimindən sonra Gəncədə inşa edilmiş uşaq yaradıcılıq və incəsənət mərkəzinin açılışı olmuşdur.Mərasimdə təhsil naziri Mikayıl Cabbarov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bu möhtəşəm mərkəzin inşasını dövlətimizin başçısının, eləcə də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın gənc nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə təşkilinə göstərdikləri qayğı kimi dəyərləndirmişlər.Sonra rəmzi lent kəsilmiş və iştirakçılar 16 adda və 56 qrupda məşğul olacaq uşaqlar üçün yaradılan şəraitlə yaxından tanış olmuşlar.Həmin gün şəhərdəki 16 və 25 nömrəli orta məktəblərin əsaslı təmirdən və yenidənqurmadan sonra açılışı da olmuşdur.

Qeyd edilmişdir ki, 640 yerlik 25 nömrəli orta məktəb əsaslı şəkildə yenidən qurulmuş, 840 yerlik 16 nömrəli orta məktəb üçün isə yeni tədris korpusu inşa edilmişdir. Yeni korpus məktəbdə əlavə olaraq 500 şagirdin təhsil almasına imkan verəcəkdir.

Çıxış edənlər Azərbaycan təhsilinin inkişafı və dünya standartlarına yaxınlaşması istiqamətində həyata keçirilən islahatların müsbət nəticələrindən danışmış və pedaqoji kollektivlərə uğurlar arzulamışlar.Məktəb kollektivlərinin üzvləri onlara yaradılan bu şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Novak: ABŞ-a dizel tədarükü ilə bağlı bütün məsələlər artıq həll edilib
18:40 16.10.2026
Novak: ABŞ-a dizel tədarükü ilə bağlı bütün məsələlər artıq həll edilib
Polşa XİN rəhbəri: Ötən ilin yanvarından ABŞ Ukraynanın müdafiəsinə bir sent də xərcləməyib
18:30 16.10.2026
Polşa XİN rəhbəri: Ötən ilin yanvarından ABŞ Ukraynanın müdafiəsinə bir sent də xərcləməyib
Peskov Zelenskini məsuliyyəti öz üzərinə götürməməkdə ittiham edib
18:16 16.10.2026
Peskov Zelenskini məsuliyyəti öz üzərinə götürməməkdə ittiham edib
İsmayıllıda ağır qəza: Sürücü öldü, sərnişinlər yaralandı
17:51 16.10.2026
İsmayıllıda ağır qəza: Sürücü öldü, sərnişinlər yaralandı
Prezident sərəncam imzaladı
17:27 16.10.2026
Prezident sərəncam imzaladı
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
17:16 16.10.2026
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
17:12 16.10.2026
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
16:57 16.10.2026
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
16:46 16.10.2026
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
16:37 16.10.2026
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
16:34 16.10.2026
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
16:11 16.10.2026
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
16:11 16.10.2026
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
15:54 16.10.2026
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
15:31 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
Bakının bu rayonunda 30 bina söküləcək
15:26 16.10.2026
Bakının bu rayonunda 30 bina söküləcək