Gəncədə gənc bloqerlərin sayı artır - FOTOLAR

Gəncədə gənc bloqerlərin sayı artır -  FOTOLAR
GƏNCLİK
15:06 11.01.2014
1881

YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə bu gün Gəncədə “Gənc bloqer” təlim kursuna start verilib. 

Təlimin açılışında YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev iştirak edib. Tədbirin rəsmi hissəsində açılış nitqi söyləyən Naqif Həmzəyev bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə 2013-cü il “İKT ili” elan edilib. Naqif Həmzəyev bu sərəncamı dövlət rəhbəri tərəfindən gənclərə göstərilən daha bir qayğının təzahürü olaraq dəyərləndirib və gənclərə yaradılan imkanlardan səmərəli, fəal istifadə etməyi tövsiyə edib. Həmçinin qeyd edib ki, ötən ilin ən böyük uğuru “Azərspace-1” telekommunikasiya peykinin orbitə buraxılması olub. Ötən il ərzində Azərbaycan Respublikasında İnformasiya Kommunikasiya Texnologiyaları sahəsində əhəmiyyətli addımlar atılıb və bu sahədə ölkəmizlə yanaşı, Gəncə şəhərində də şəhər rəhbərliyi tərəfindən beynəlxalq və yerli layihələr həyata keçirilib, mühüm vəzifələr uğurla yerinə yetirilib.

Azərbaycanda İnformasiya Kommunikasiya Texnologiyalarının inkişafı sosial şəbəkə ətrafında yüz minlərlə gəncin birləşməsinə imkan yaradır və internet istifadəçilərinin sayı günbəgün artır. Fərəhli haldır ki, Gəncədə də gənc bloqerlər yetişir və bu sahəyə maraq böyükdür.

YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev, YAP Gəncə şəhər Təşkilatının mətbu orqanı olan “Yeni Gəncə” qəzetinin baş redaktoru Süsən Tağıyeva, Kəpəz TV-nin əməkdaşı Tural Azəroğlu çıxış edərək, müasir jurnalistikanın inkişafından, qarşıda duran mühüm vəzifələrindən bəhs ediblər.

Təlimçi, SKY Technology-nin rəhbəri Tural Sadıqlı iki gün ərzində keçirilən təlimdə iştirak edən gənclərə bloqun məzmun və mahiyyəti, bloqun yaradılmasında başlıca amillər, bloqun üstünlükləri, bloq servisləri barədə məlumat verəcək.

Qeyd edək ki, təlimdən sonra gənclərə verilən 15 gün ərzində bloqlarda baxış sayı daha çox olan gənclər qalib yerləri tutacaq. I, II, III yerləri tutan gənclər təşkilatçılar tərəfindən şəxsi preimum saytlar və qiymətli hədiyyələrlə təltif olunacaqlar.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Novak: ABŞ-a dizel tədarükü ilə bağlı bütün məsələlər artıq həll edilib
18:40 16.10.2026
Novak: ABŞ-a dizel tədarükü ilə bağlı bütün məsələlər artıq həll edilib
Polşa XİN rəhbəri: Ötən ilin yanvarından ABŞ Ukraynanın müdafiəsinə bir sent də xərcləməyib
18:30 16.10.2026
Polşa XİN rəhbəri: Ötən ilin yanvarından ABŞ Ukraynanın müdafiəsinə bir sent də xərcləməyib
Peskov Zelenskini məsuliyyəti öz üzərinə götürməməkdə ittiham edib
18:16 16.10.2026
Peskov Zelenskini məsuliyyəti öz üzərinə götürməməkdə ittiham edib
İsmayıllıda ağır qəza: Sürücü öldü, sərnişinlər yaralandı
17:51 16.10.2026
İsmayıllıda ağır qəza: Sürücü öldü, sərnişinlər yaralandı
Prezident sərəncam imzaladı
17:27 16.10.2026
Prezident sərəncam imzaladı
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
17:16 16.10.2026
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
17:12 16.10.2026
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
16:57 16.10.2026
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
16:46 16.10.2026
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
16:37 16.10.2026
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
16:34 16.10.2026
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
16:11 16.10.2026
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
16:11 16.10.2026
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
15:54 16.10.2026
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
15:31 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
Bakının bu rayonunda 30 bina söküləcək
15:26 16.10.2026
Bakının bu rayonunda 30 bina söküləcək