Gəncədə qəza - Xəsarət alanlar var

Gəncədə qəza - Xəsarət alanlar var
SOSİAL
22:43 17.08.2026
212
Gəncədə iki avtomobil toqquşub.

AZXEBER.COM xəbər verir ki, yol-nəqliyyat hadisəsi Yeni Gəncə yaşayış massivi ərazisində baş verib.

Qəza nəticəsində 1998-ci il təvəllüdlü O.Hüseynova, 2021-ci il təvəllüdlü J.Hüseynova və 2019-cu il təvəllüdlü U.Məmmədova xəsarət alıblar.

Yaralıların müalicəsi xəstəxanada davam etdirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR