Gənclər Fondunun maliyyə dəstəyi ilə “Küçə incəsənəti” Festivalı layihəsi həyata keçirilib

Gənclər Fondunun maliyyə dəstəyi ilə “Küçə incəsənəti” Festivalı layihəsi həyata keçirilib
GƏNCLİK
17:00 28.12.2013
1880

“Metro Park” AVM-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “C” kateqoriyası üzrə qrant qalibi Cabir Quliyevin birgə təşkilatcılığı ilə “Küçə incəsənəti” Festivalı layihəsi həyata keçirilib.

AZXEBER.COM xəbər verir ki, layihə rəhbəri Cabir Quliyevin fikrincə ölkəmizdə keçirilən tədbirlər mədəniyyətin müxtəlif sahələrini əhatə etsə də bəzi incəsənət sahələri mövcuddur ki, diqqət sahəsindən hələ də kənarda qalıb: “Onların inkişafına təkan verilməli, maraqlanan şəxslər isə həvəsləndirilməlidirlər. Mədəniyyət və incəsənət zamanın təsiri altında daim dəyişməkdə və təkmilləşdirilməkdədir. “Küçə incəsənəti” Festivalı layihəsinin əsas məqsədi küçə incəsənət növlərinin inkişaf etdirilməsi, mobil (qısa bir zaman ərzində və istənilən yerdə təşkil oluna biləcək) tədbir və sərgilərin keçirilməsi işinin təkmilləşdirilməsi, yeni incəsənət növləri vasitəsi ilə gənclər üçün yeni iş yerlərinin açılması və əlavə gəlir mənbəyinin əldə olunmasıdır”.

Layihənin vəzifələri gənclərin incəsənət sahəsində əldə etdikləri bilik və bacarıqlarının tətbiqi, təcrübələrinin artırılması, istənilən məkan və şəraitdə işləmək bacarıqlarını nümayiş etdirmək, ünsiyyət qurmaq, yeni incəsənət növlərinin inkişafına təkan vermək, gənclərin mövcud və inkişafda olan incəsənət sahələrinə maraq oyatmaq, incəsənətlə yanaşı əhalinin əhval ruhiyyəsini yaxşılaşdırmaq, yeni iş yerlərinin yaranmasına təkan vermək, ölkəmizə səfər edən insanlarda göstərilən xidmətlərin peşekarlıq səviyyəsi ilə ölkəmizə qarşı rəğbət yaratmaqla milli atributlarımızı və arnamentlərimizi dünyaya təbliğ etmək olub.

Qeyd edək ki, layihədə 120-dən artıq gənc iştirak edib. Onlardan yalnız 10 nəfəri final mərhələsinə keçib. Finalçıların hər biri sertifikat və hədiyyələrlə təltif olunub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Novak: ABŞ-a dizel tədarükü ilə bağlı bütün məsələlər artıq həll edilib
18:40 16.10.2026
Novak: ABŞ-a dizel tədarükü ilə bağlı bütün məsələlər artıq həll edilib
Polşa XİN rəhbəri: Ötən ilin yanvarından ABŞ Ukraynanın müdafiəsinə bir sent də xərcləməyib
18:30 16.10.2026
Polşa XİN rəhbəri: Ötən ilin yanvarından ABŞ Ukraynanın müdafiəsinə bir sent də xərcləməyib
Peskov Zelenskini məsuliyyəti öz üzərinə götürməməkdə ittiham edib
18:16 16.10.2026
Peskov Zelenskini məsuliyyəti öz üzərinə götürməməkdə ittiham edib
İsmayıllıda ağır qəza: Sürücü öldü, sərnişinlər yaralandı
17:51 16.10.2026
İsmayıllıda ağır qəza: Sürücü öldü, sərnişinlər yaralandı
Prezident sərəncam imzaladı
17:27 16.10.2026
Prezident sərəncam imzaladı
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
17:16 16.10.2026
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
17:12 16.10.2026
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
16:57 16.10.2026
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
16:46 16.10.2026
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
16:37 16.10.2026
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
16:34 16.10.2026
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
16:11 16.10.2026
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
16:11 16.10.2026
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
15:54 16.10.2026
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
15:31 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
Bakının bu rayonunda 30 bina söküləcək
15:26 16.10.2026
Bakının bu rayonunda 30 bina söküləcək