Həmyerlimiz Rusiya Akademik Dövlət Filarmoniyasında baş dirijor təyin edilib

Həmyerlimiz Rusiya Akademik Dövlət Filarmoniyasında baş dirijor təyin edilib
MƏDƏNİYYƏT
18:00 20.08.2013
1747
Azərbaycanlı dirijor Əyyub Quliyev Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijoru təyin olunub. 
AZXEBER.COM-un APA-ya istinadən verdiyi xəbərə görə,Əyyub Quliyev bu ilin iyununda filarmoniya və orkestr rəhbərliyi ilə müqavilə imzalayıb.“Orkestrdən gələn dəvəti xeyli vaxtdır müzakirə edirdik. Nəhayət, bu ilin iyununda müqavilə imzalandı. Orkestrin və filarmoniyanın rəhbərliyinin qərarı ilə mən baş dirijor vəzifəsinə təyin olundum. Bu məni çox sevindirir. Çünki orkestr qədim, nüfuzlu orkestrdir. 1895-ci ildə yaradılıb və dünyanın bir çox ölkələrində - İtaliya, İspaniyada, Fransada qastrol səfərlərində çıxış edir. Vaxtilə bu orkestrin rəhbərliyi böyük musiqiçilərə həvalə olunub və mən çox sevinirəm ki, bu dəfə estafeti azərbaycanlı dirijora həvalə ediblər. Bu, çox böyük şərəfdir”.Əyyub Quliyev bildirib ki, müqavilənin şərtlərinə görə, orkestr iki il müddətində silsilə konsert proqramı ilə çıxış etməlidir: “Sırf Azərbaycan musiqisinə həsr olunan gecə də olacaq. Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Hacı Xanməmmədovun əsərləri səslənəcək. Bu il Cüzeppe Verdinin 200 illik yubileyi münasibəti ilə musiqi bayramında çıxış edəcəyik. Bu müqavilə ilkin olaraq iki il müddətinə bağlanıb. Mənə elə gəlir, biz müqavilənin müddətini bir qədər də uzatmağa nail olacağıq”.Qeyd edək ki, Əyyub Quliyev 1984-cü ildə Bakıda anadan olub. 2005-ci ildə Bakı Musiqi Akademiyasının dirijorluq fakültəsini fərqlənmə ilə bitirib. 2005-2008-ci illərdə Sankt-Peterburq Dövlət Konservatoriyası və Vyana Dövlət Musiqi və İncə Sənətlər Universitetində təhsil alıb.Əyyub Quliyev 2013-cü ildə Rusiyada keçirilən Sergey Raxmaninovun 140 illik yubileyinə həsr olunmuş beynəlxalq musiqi festivalında iştirak edən ilk azərbaycanlıdır. Əyyub Quliyev xalq artisti, tarzən Ramiz Quliyevin oğludur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
18:33 04.06.2026
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
18:27 04.06.2026
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
18:08 04.06.2026
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
17:48 04.06.2026
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
17:43 04.06.2026
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı