İlham Mirzəyev erməniləri susdurdu

İlham Mirzəyev erməniləri susdurdu
MƏDƏNİYYƏT
13:30 17.08.2013
2084
Tanınmış teleaparıcı və psixoloq İlham Mirzəyev Türkiyədə 50-dən artıq dövlətin qatıldığı "Dünyanı stressdən qoruyaq" devizi altında təşkil olunmuş Ümumdünya Psixoloqlarının Elmi Konfransında iştirak edib. ANS PRESS-in məlumatına görə, konfransda əsas məsələ olaraq insan amili və ona ətraf mühitin, cəmiyyətdə doğan mənfi nüansların, ölkələrarası müharibələrin təsiri ilə bağlı dünya alimlərinin geniş məruzəsi dinlənilib.Dünya psixoloqları ilə münasibətlərin qurulması, psixoloji reabitasiya mərkəzləri ilə əlaqələrin yaranması və genişlənməsi məqsədi ilə təşkil olunan elmi konfransda Azərbaycanı təmsil edən AMEA-nın Fəlsəfə, Sosiologiya, Hüquq İnstitutunun "Dinşünaslıq və mədəniyyətşünaslığın fəlsəfi problemləri" şöbəsinin aparıcı elmi işçisi, dosent, psixologiya elmləri üzrə fəlsəfə doktoru, institutun elmi şurasının üzvü İlham Mirzəyev "Müharibənin sərt üzü: həyat itkisi" adlı məruzə ilə çıxış edib.O, məruzəsində Azərbaycanın son illərdə yaşadıqları ictimai-siyasi gərginliyin qonşu ölkə olan Ermənistan tərəfindən törədilən Qarabağ müharibəsinin azərbaycanlıların şüurunda, psixologiyasında buraxdığı dərin izlərdən danışıb.İ.Mirzəyevin çıxışı Ermənistanı təmsil edən nümayəndələr tərəfindən birmənalı qarşılanmayıb. Hər zaman olduğu kimi bu konfransda da erməni təmsilçiləri müdafiə xarakterli çıxışları ilə əsassız "faktlarını" ortaya qoyublar. Bu zaman dünya psixoloqları da tanınmış teleaparıcının səsinə səs verərək onları cavabsız qalmayıblar.Məruzəsindəki tutarlı fikirlərə istinad etdiyi müəllifi olduğu "Sosialnıy psixoloqiya stressa" kitabından sitatlar gətirən İlham Mirzəyev, Azərbaycan həqiqətlərindən sənədlərin dili ilə danışıb. Kitabda Xocalı faciəsi və Qarabağ döyüşlərində insanların başına gətirilən işgəncələri əks etdirən fotoşəkillər yer alıb. Rus dilində təqdim olunan kitabda Xocalı, Şuşa, Laçın kimi işğal altında olan ərazilərimizdə yaşanılan hadisələrin postravmatik təsiri iştirakçılara açıq-aydın izah olunub. Bu faktları təqdim edən və məruzəsi ilə reallıqlarını diqqətə çatdıran İ.Mirzəyevin sənədləri və əsaslı sübutları qarşısında həqiqəti danan erməni alimləri susmağa məcbur olublar.Konfransda psixoloq-alim azərbaycançılıq mövqeyini ortaya qoyaraq Azərbaycan prezidenti İlham Əliyev tərəfindən münaqişənin dinc yolla həlli məsələsinə diqqəti yönəldib.Psixoloq konfrans zamanı fikirlərini geniş ictimaiyyətin ixtiyarına verməklə Azərbaycan xalqına qarşı ermənilərin törətdiyi vəhşiliyi, yaşatdığı psixoloji sindromla məlumatlandırıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
18:33 04.06.2026
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
18:27 04.06.2026
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
18:08 04.06.2026
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
17:48 04.06.2026
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
17:43 04.06.2026
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı