İlon Mask ABŞ-da 72 milyon uşağa “SpaceX” səhmi verəcək

İlon Mask ABŞ-da 72 milyon uşağa “SpaceX” səhmi verəcək
DÜNYA
14:26 19.10.2026
246
"SpaceX” şirkətinin qurucusu və baş icraçı direktoru İlon Mask ABŞ-də 18 yaşına çatmamış uşaqlara şirkətin səhmlərini verəcəyini açıqlayıb.
 
AZXEBER.COM xəbər verir ki, prosesin 2027-ci ildə həyata keçirilməsi nəzərdə tutulur.

ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, ölkədə 18 yaşdan kiçik təxminən 72 milyon uşaq var. Mask səhmlərin uşaqlara hansı mexanizmlə paylanacağı barədə ətraflı məlumat verməyib.

Qeyd edək ki, İlon Mask "SpaceX” şirkətinin 48,6 faizinə sahibdir. Şirkətin səhmləri cümə günü 146,03 dollar qiymətində bağlanıb.

Səhmlərin paylanmasının Mask üçün təxminən 10 milyard dollara başa gələcəyi gözlənilir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR