Çin hökuməti "Sinopharm" əczaçılıq şirkətinin koronavirusa qarşı vaksinin 3 yaşdan 17 yaşadək uşaqlara vurulmasına razılıq verib.
AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, vaksinin həmin yaş qrupundan olan uşaqlar üzərində sınaqlarının birinci və ikinci mərhələləsi başa çatıb.
Sınaqlar zamanı vaksin tam təhlükəsizlik nümayiş etdirib. Sınaqlarda 3-17 yaş arası 900 nəfər iştirak edib. Vaksinin ciddi yan təsirləri qeydə alınmayıb.
Qeyd edək ki, Çində iyunun əvvəlində 3 yaşından böyük uşaqlar üçün "Sinovac" vaksininin istifadəsinə icazə verilmişdi.