'İnsan hüquqları haqqında ümumi deklarasiya-65' il adlı konfrans keçirilib

GƏNCLİK
17:20 18.12.2013
1708

“İrəli” İctimai BirliyininHüquq Mərkəzinin təşkilatçılığı iləBeynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş “İnsan hüquqları haqqında ümumi deklarasiya-65 il” adlı konfrans keçirilib.

“İRƏLİ” İctimai Birliyinin baş katibi Azər Abdullayevin moderatorluğu ilə keçən konfransdaAzərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli MəclisinHüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli, QHT nümayəndələri, birliyin aktiv gəncləri iştrak edib.

Konfransı açıq elən edən“İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev bildirib ki, bu gün artıq insan hüquqları anlayışı böyük məfhuma çevrilib: “Təşkilatımız da bu sahədə çalışır ki, daim maariflənərək, gəncləri də maarifləndirsin. Təbii ki, Azərbaycan insan hüquqlarına hər zaman böyük önəm verib. Çünki öz hüququnu bilməyən xalq heç bir uğur əldə edə bilməz və digər xalqlar arasında öz haqqını tələb edə bilməz”.

Çıxış edən Millət vəkili Rəbiyyət Aslanova qeyd edib ki, bəşəriyyət 100 illərdir ki, insan hüquqları ilə bağlı işlər görür və mübarizə aparır. Uzun zaman keçib, əgər hər kəs özü üçün düşünsə təbii ki, dünyada təhlükəsiz mühit yaratmaq olmaz: “Bu proses artıq II Dünya müharibəsindən sonra sürətləndi. Çünki artıq dünya anladı ki, bundan sonra bütöv bir sənəd qəbul etmək lazımdır. Bununla da 1948-ci ildə deklarasiya qəbul olundu. Bu sənəd 70-dən çox beynəlxalq konvensiyanın bazasını qoydu. Ancaq deyim ki, bu sənədlərin qəbulu yenə də insan hüquqlarına olan problemləri silmədi. Bu 65 ildə sənədin gücü hər şeyi həll edə bilmədi. Yenə də müəyyən problemlər hər dövr üçün yaşandı. Ölkəmizdə də bu sənəd nəticəsində bir çox müsbət yönümlü qərarlar qəbul olundu. Elə ölüm hökmünün ləğvi buna əyani sübutudur”.

Millət vəkili Əli Hüseynli isə konfransda “Dünyada və regionumuzda insan hüquqları: problemlər və perspektivlər” adlı məruzə ilə çıxış edib. O qeyd edib ki, bu gün təəssüf ki, dərsliklərdə vətəndaş hüququ anlayışına rast gəlinmir, hansı ki, insan hüquqları anlayışından daha aktual vətəndaş hüququ anlayışıdır”. O həmçinin deyib ki, insan hüquqları ilə bağlı Avropanın daha aktiv çıxış etməsinə baxmayaraq bunun tarixi Şərqdə qaynaqlanır: “Məsələn, vaxtı ilə Osmanlı dövlətinin fərmanlarında “bütün insanlar qardaşdır” ifadəsi əks olunmağa başlayıb. O vaxta qədər yalnız İslam dinində “bütün müsəlmanlar bərabərdir, qardaşdır” ifadəsi vardı. Amma Osmanlı dövləti bunu öz ərazisində yaşayan bütün dinlərdən olanlara şamil etdi. Məhz bundan sonra Avropa bu ifadəni tətbiq etməyə başlayıb, Osmanlıdan götürərək. Regionumuza gəlincə bir çox misallardan biri kimi onu göstərmək olar ki, Azərbaycan Şərqdə ilk ölüm hökmünü ləğv edən dövlətdir. Bu da məhz Heydər Əliyevin iradəsi nəticəsində baş tutdu. Çünki o vaxt ölkədə bir çoxları bunun əleyhinə idi”.

İslam Konfransı Bakı ofisinin baş məsləhətçisi Vüsal Qurbanov və Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA)Azərbaycan nümayəndəliyinin prezidenti Sirac Sultanlı da konfransda məruzə ilə çıxış ediblər.

Daha sonra tədbir diskussiyalarla davam edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Novak: ABŞ-a dizel tədarükü ilə bağlı bütün məsələlər artıq həll edilib
18:40 16.10.2026
Novak: ABŞ-a dizel tədarükü ilə bağlı bütün məsələlər artıq həll edilib
Polşa XİN rəhbəri: Ötən ilin yanvarından ABŞ Ukraynanın müdafiəsinə bir sent də xərcləməyib
18:30 16.10.2026
Polşa XİN rəhbəri: Ötən ilin yanvarından ABŞ Ukraynanın müdafiəsinə bir sent də xərcləməyib
Peskov Zelenskini məsuliyyəti öz üzərinə götürməməkdə ittiham edib
18:16 16.10.2026
Peskov Zelenskini məsuliyyəti öz üzərinə götürməməkdə ittiham edib
İsmayıllıda ağır qəza: Sürücü öldü, sərnişinlər yaralandı
17:51 16.10.2026
İsmayıllıda ağır qəza: Sürücü öldü, sərnişinlər yaralandı
Prezident sərəncam imzaladı
17:27 16.10.2026
Prezident sərəncam imzaladı
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
17:16 16.10.2026
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
17:12 16.10.2026
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
16:57 16.10.2026
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
16:46 16.10.2026
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
16:37 16.10.2026
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
16:34 16.10.2026
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
16:11 16.10.2026
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
16:11 16.10.2026
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
15:54 16.10.2026
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
15:31 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
Bakının bu rayonunda 30 bina söküləcək
15:26 16.10.2026
Bakının bu rayonunda 30 bina söküləcək