'İrəli' İctimai Birliyinin yeni sədri seçildi

GƏNCLİK
12:20 06.05.2012
2202
Heydər Əliyev Sarayında “İrəli” İctimai Birliyinin nizamnaməsinə əsasən, təşkilatın ikinci hesabat-seçki konfransı keçirilib. Konfransın təşkilat komitəsinin sədri Hikmət İsmayılov iştirakçıları təbrik etmiş və tədbirin əhəmiyyətindən danışıb. O, bugünkü tədbirin təşkilatın həyatında önəmli bir tarix olduğunu diqqətə çatdırıb. H.İsmayılov konfransda 1784 nəfər qeydiyyatdan keçmiş iştirakçıdan 1693-nün iştirak etdiyini bildirib.“İrəli” İctimai Birliyinin sabiq sədri, Milli Məclisin deputatı Ceyhun Osmanlı ötən dövr ərzində həyata keçirilən layihələr və görülən işlər barədə məlumat verib. C.Osmanlı bildirib ki, “İrəli” Vətən deyib, öndə olanların təşkilatıdır. O qeyd edib ki, bugünkü Azərbaycan gəncliyi dövlətimizin, onun seçilmiş hakimiyyətinin və qazanılan bütün uğurlarının qədrini bilməli, ona sahib çıxmalıdır. Şərqin ilk demokratik dövləti olan Azərbaycanı, onun parlamentini yaradan şəxsiyyətlərimizi xatırlayan təşkilatın sabiq sədri, bizə miras qalan ənənələrin qorunmasının vacibliyini vurğulayıb.Gənclər və idman naziri Azad Rəhimov “İrəli”nin yarandığı vaxtdan ətrafında fəal, intellektual səviyyəli, vətənpərvər gəncləri birləşdirməyi qarşısına məqsəd qoyduğunu bildirib. Nazir təşkilatın təkcə Bakı ilə məhdudlaşmadığını, həm də regionlara üz tutduğunu, beləliklə, bütün Azərbaycan gəncliyini ətrafında birləşdirdiyini mühüm amil kimi vurğulayıb.Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov konfrans iştirakçılarını əlamətdar hadisə münasibətilə təbrik edib. O, bütün demokratik ənənələrə riayət edilərək keçirilən konfransın istər “İrəli” İctimai Birliyinin, istərsə də Azərbaycanın digər qeyri-hökumət təşkilatlarının tarixində uzun müddət qalacağını bildirib. Şöbə müdiri qeyd edib ki, “İrəli” 20 minlik bir ordudur. Bu ordunu Prezident Administrasiyası adından salamlayan Elnur Aslanov Azərbaycan gəncliyinə gələcək fəaliyyətində də daim təşəbbüskarlıq nümayiş etdirməyi, uğurlu layihələr həyata keçirməyi və yüksək intellektual potensialını qoruyub saxlamağı tövsiyə edib.Konfransda “İrəli” İctimai Birliyinin yeni loqotipinin təqdimatı olub.Konfransda “İrəli” İctimai Birliyinin yeni sədri vəzifəsinə isə Rauf Mərdiyev seçilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
16:37 16.10.2026
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
16:34 16.10.2026
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
16:11 16.10.2026
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
16:11 16.10.2026
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
15:54 16.10.2026
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
15:31 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
Bakının bu rayonunda 30 bina söküləcək
15:26 16.10.2026
Bakının bu rayonunda 30 bina söküləcək
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
15:11 16.10.2026
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
15:08 16.10.2026
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
15:07 16.10.2026
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
14:52 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
14:50 16.10.2026
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
14:47 16.10.2026
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
14:12 16.10.2026
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
14:09 16.10.2026
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq - Ədalət Verdiyev
13:45 16.10.2026
Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq - Ədalət Verdiyev