Lənkəranda üç yaşlı uşaq binadan yıxıldı

Lənkəranda üç yaşlı uşaq binadan yıxıldı
SOSİAL
20:06 14.09.2026
102
Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Paşa Təhməzov küçəsi 6 ünvanında qeydə alınıb.

Belə ki, 2023-cü il təvəllüdlü A.Allahverdiyev ehtiyatsızlıqdan üçüncü mərtəbədən yıxılıb. Azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR